"Oğlumun həbs edilməsindən xəbərim yoxdur" - Manaf Ağayev (YENİLƏNİB)
Müğənni Manaf Ağayev oğlunun həbs edilməsi xəbərindən danışıb.
Manaf Ağayev "Unikal"a açıqlamasında məsələdən məlumatsız olduğunu bildirib:
"Mən hazırda məclisdəyəm. Oğlumun həbs edilməsindən xəbərim yoxdur. Yalan söhbətdir".
Murad İbrahimli
***
Müğənni Manaf Ağayevin oğlu həbs edilib.
Xalqxeber.az apa-ya istinadən xəbər verir ki, Müşviq Ağayev idarəetməsində olan retro avtomobillə Bayraq Meydanının yaxınlığında yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Ona Səbail Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sərxoş halda sükan arxasına əyləşməməyi tövsiyə edib. Lakin Müşviq yol polisi əməkdaşlarına müqavimət göstərib. Daha sonra post patrul xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Onlar Müşviq Ağayevi polis bölməsinə aparıb. Məlum olub ki, Müşviq Ağayev ağır dərəcəli sərxoşdur. Onun barəsində 5 sutkalıq həbs-qətimkan tədbiri seçilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək