"Ölkələrimiz arasında çox yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri var" - Prezident
“Bizim ölkəyə səfər etdiyiniz üçün təşəkkür edirəm. Sizi yenidən görməyə çox şadam. Keçən il Tiranadakı görüşümüzü xatırlayıram və qonaqpərvərliyiniz üçün bir daha təşəkkür edirəm. Ölkənizə rəsmi səfərimdən və Sizinlə, Baş nazirlə müzakirələrdən çox məmnun qaldım”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Albaniya Respublikasının Prezidenti Bayram Beqay ilə görüşündə söyləyib:
“Əməkdaşlığımızı gücləndirmək üçün qəbul etdiyimiz qərarlar həqiqətən nümayiş etdirir ki, ölkələrimiz arasında çox yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri var. X Qlobal Bakı Forumu çərçivəsində keçirilən vacib tədbirdə - atam, Prezident Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyada iştirak etmək üçün gəldiyinizə görə Sizə təşəkkür edirəm. Çox sağ olun.
Əminəm ki, Bakıda qaldığınız müddətdə yaxşı vaxt keçirəcəksiniz. Faydalı, ikitərəfli əməkdaşlığımızın vacib məqamlarına toxunmaq üçün bu, çox yaxşı fürsətdir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək