XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Eldar Mahmudovu Naxçıvana buraxmadılar - DƏSTƏ BAŞÇISI HƏBS TƏHLÜKƏSİNİN SOVUŞDUĞUNU DÜŞÜNÜR

Eldar Mahmudovu Naxçıvana buraxmadılar - DƏSTƏ BAŞÇISI HƏBS TƏHLÜKƏSİNİN SOVUŞDUĞUNU DÜŞÜNÜR

Eldar Mahmudovu Naxçıvana buraxmadılar - DƏSTƏ BAŞÇISI HƏBS TƏHLÜKƏSİNİN SOVUŞDUĞUNU DÜŞÜNÜR
28-06-2017, 10:01

Artıq iki ilə yaxındır ki, qeyri-rəsmi də olsa nəzarət altında saxlanılan sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Ramazan bayramı ərəfəsində pis sürprizlə qarşılaşıb. Sabiq nazirin paytaxt Bakıda sərbəst hərəkət etməsi onu ruhlandırıb. Belə ki, bir neçə gün əvvəl Naxçıvana uçmaq istəyən Eldar Mahmudova paytaxt tərk etməyin yasaq olduğu deyilib və o, bu istəyinə nail ola bilməyib.
Görünür, həbs təhlükəsininin artıq keçmişdə qaldığını düşünən Eldar Mahmudov özünü sərbəst hiss etdiyindən Bakını tərk etmək istəyirmiş.
Onu da qeyd edək ki, vəzifədə olduğu müddət ərzində ölkənin bir sıra yüksək vəzifəli şəxsləri ilə koniliktə girən, nüfuz savaşı aparan Eldar Mahmudov MTN-nin inzibati resurslarından istifadə edərək, rəqiblərini sıradan çıxarmaq üçün çalışıb.
Bu siyahıda Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da olub. Məhz MTN-nin dağılmasından sonra M Naxçıvanın milli təhlükəsizlik naziri Vəli Əsgərovun Mahmudovun sifarişi ilə Vasif Talıbova qarşı məkrli planlarının üstü açıldı. Bu faktların ortaya çıxmasından sonra Vəli Əsgərov uzun müddətli həbsə göndərildi.

gununsesi.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.