Balakənin icra başçısı əhalini hökumətə qarşı qaldırır - Tanınmış vəkildən CƏZA TƏLƏBİ
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev rayonda sosial narazılıq yaradan qərar qəbul edib.

Xalqxeber.az-ın məlumatına görə, Gununsesi.info-ya bu barədə danışan vəkil Aqil Layic deyib ki, icra başçısı insanları qeyri-prosessual münasibətlərə cəlb etmək üçün camaatın həyətyanı sahəsində tikdiyi və xüsusilə də yayın istisində həyatlarının çox hissəsini keçirdiyi çardaqları sökmək istəyir.

Vəkil bildirib ki, onu bu barədə göstərişinə əhali etiraz edir: “Gah kanalizasiya xəttini bəhanə edir, gah da ölkə başçısının göstərişi olduğunu deyir. Bu adam çoxdan həbs olunmalı adamdır. Bir çox boş torpaq sahələri onun tərəfindən zəbt edilir. İnsanları canından bezdirərək üsyana sürükləyir.
Bu adam barəsində ölçü götürülmür?! Adama sual verirəm, sən çardaq sökənsən? Sənə məhkəmə aktı olmadan bu səlahiyyəti kim verir? Sənin Əsasnaməndə belə bir səlahiyyət varmı?”
Aqil Layic sonda əlavə edib ki, aiddiyyatı qurumlar gözdən uzaq bu rayonun icra başçısı haqqında ölçü götürməlidir.
Gununsesi.info-nun adıçəkilən icra başçısından münasibət öyrənmək cəhdləri baş tutmayıb. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...