SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Mirsalam Qənbərovun ağac əkməyi, Əzrayılın bala paylamağı kimidir… - HƏQİQƏTƏN DƏ...

Mirsalam Qənbərovun ağac əkməyi, Əzrayılın bala paylamağı kimidir… - HƏQİQƏTƏN DƏ...

Tarix:

3-03-2023, 14:09

/ 446 dəfə oxundu.
Mirsalam Qənbərovun ağac əkməyi, Əzrayılın bala paylamağı kimidir… - HƏQİQƏTƏN DƏ...

 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov bir neçə gün əvvəl deyib ki, Bakıda xeyli şam ağacları əkiləcək, yaşıllıqlar salınacaq. Bunu oxuyanda xeyli güldüm və yadıma maraqlı bir el məsəli düşdü. Bir uşağı olana deyirlər ki, Əzrayıl uşaq paylayır, get sənə bir uşaq da versin. Adam deyir ki, mənim balama dəyməsin, Əzrayılın verdiyini istəmirəm. İndi ay Mirsalam müəllim, sən mövcud yaşıllıqlara, şam ağaclarına dəymə, sənin əkdiyin ağaclar bizə lazım deyil. Bütün ölkə mediası səni ağacların qənimi, Əzrayılı kimi tanıyır.
Yazıya hazırlıq olaraq media üzərindən xırda bir araşdırma apardıq. Bütün yazılarda Mirsalam Qənbərov yaşıllıqların cəlladı kimi səciyyələndirilir. Ay Mirsalam müəllim, sən yolların kənarında Yanacaq Doldurma Məntəqələrinin tikilməsi üçün nə qədər ağacın başını kəsmisən, özü də müftə yox ee… O başını kəsdiyin ağacların qarğışı bir gün səni tutacaqdır, onda heç seyid cəddin də sənin köməyinə çatmayacaq. “Zapravka” sahibləri ilə alver edib Bakıda və digər bölgələrdə nə qədər yaşıllığı məhv eləmisən. Bu hələ harasıdır..?
Müdriklər əbəs yerə ağacları, yaşıllıqları, meşələri bəşəriyyətin ağciyərləri adlandırmır. Bəli yaşıllıqlar insanlar üçün təmiz havadır, oksigendir, nəfəsdir. Hər gün yüzlərlə belə oksigen mənbəyimiz olan ağaclar Mirsalam müəllim kimi dırnaq arası ekoloqların qurbanı olur.
Deməli yaşıllıqları məhv edən tikinti və qeyri şirkətlərin sahibləri deyirlər ki, Mirsalam Qənbərov bizə icazə verib. Bəli, Allah qoymasa ölkənin BAŞ EKSPERTİ olan Mirsalamın rəyinin qabağında heç bütöv meşələr də davam gətirməz. Ey Seyid Mirsalam, müdriklər deyib ki, TƏBİƏT-in qisası yaman olur haa… Həm də adına ANA TƏBİƏT dediyimizə qənim kəsilmək, adamın öz anasına qənim kəsilməyi kimidir… Eyy Mirsalam, Ulu Öndər Heydər Əliyev deyirdi ki, bir ağacın budağı kəsiləndə elə bil qolumu kəsirlər. Amma Ulu Öndər Sumqayıtdakı müşavirədə daha sərt sözlər deyib: Bu ağacları kəsənlər elə bil balamın başını kəsirlər. Bundan artıq nə demək olardı. Biz də deyirik ki, erməni vandalların işğal olunmuş rayonlarda təbiətimizə vurduğu ziyanla bizim bəzi məmurlarımızın vurduğu ziyan eynidir. Ermənini haradasa başa düşmək olar, düşməndir. Bəs bizim öz Mirsalamlarımız…?
Təsəvvür edirisniz, Mirsalamın bir imzası, möhürü ilə nə qədər sağlam ağaclar kəsilir. Mirsalam Qənbərovun işçiləri ağacları süni yolla qurudur və sonra kəsilməsi ilə bağlı rəy verirlər. Bu gün Bakını az qala tikinti bumu başına götürüb. Biri bina tikir, o biri ticarət obyekti, başqa biri restoran və s. Bütün bu tikintilərdən öncə ərazidəki yaşıllıqlar məhv edilir. Bu elə-belə baş vermir, Mirsalamın agentliyinin rəyi ilə olur. Və Mirsalam milyonlar qazanır. Mirsalam Qənbərov bu milyonları tək yeyə bilməz.
Görəsən, Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayev nə üçün susur..? Cənab nazirdən soruşmaq istəyirik ki, Mirsalam yığdıqlarını sizinlə bölüşürmü…? Əgər bölüşmürsə nə üçün minlərlə şikayət olan Mirsalam Qəmbərov işdən azad olunmur?... //gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ