SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə xidmət edir

YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə xidmət edir

Tarix:

1-03-2023, 15:57

/ 383 dəfə oxundu.
YAP-dakı yeniliklər ölkədə islahatların sürətlənməsinə xidmət edir

 
 Ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyə malik olan Yeni Azərbaycan Partiyasının VII qurultayından 2 il ötür. 2018-ci il prezident seçkilərindən sonra dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə başladılan və bütün sahələri əhatə edən sistemli islahatlar, o cümlədən Vətən müharibəsində qazandığımız şanlı Zəfər qarşımızda yeni reallıqların yaranmasını şərtləndirib.  Bu mənada, Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyanın, həm də dövlətin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından böyük əhəmiyyət kəsb edib.
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası təkcə ölkəmizdə deyil, regionda ən güclü, lider siyasi təşkilatdır. Qurulduğu gündən yüksək nüfuz qazanmış Yeni Azərbaycan Partiyası şərəfli bir yol keçmişdir. İqtidar partiyası olaraq Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə öz töhfəsini vermiş və bundan sonra da davam edəcəkdir.  Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Partiyanın sıraları getdikcə genişlənir. Bu, dövlət başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan  cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir.
Son illərdə ölkəmizdə keçirilən bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası regionda ən iri siyasi təşkilata çevrilib. Partiyanın qurucusu ümummilli lider Heydər Əliyevin söylədiyi kimi "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır". 
Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən ümumi inkişaf tendensiyalarından kənarda qala bilməzdi. Nəzərə alaq ki, islahatların mühüm istiqamətlərindən birini də məhz siyasi islahatlar təşkil edir. YAP isə öz təcrübəsinə və zəngin dövlətçilik ənənələrinə görə bu prosesin önündə dayanıb. 
Yeni Azərbaycan Partiyasının VII Qurultayından keçən bu 2 ildə ölkəmizin, Yeni Azərbaycan Partiyasının həyatında baş verən yeniliklərə, əldə olunan uğurlara nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, möhkəm təməl, gələcəyə hesablanmış strategiya, təkmil islahatlar inkişafın əsasıdır.  
İslahatlar həm də YAP strukturlarında həyata keçirilir və onlar genişlənməkdədir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edilib. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında Partiya sədrinin sərəncamları da imzalanıb. Həmçinin Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçilib. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilib. 
2022-ci ilin yanvarın 28-də keçirilən Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclasında YAP-ın 64 yerli təşkilatının sədrləri vəzifəyə təyin edilib. Bununla da 76 yerli təşkilatın 48-də yeni sədrlər təyin olunub. Sədrlərin orta yaş həddi 59-dan 50-yə enmişdir.
VII Qurultaydan müddət ərzində YAP-ın Mərkəzi Aparatı, Veteranlar Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb.  YAP Mərkəzi Aparatının, o cümlədən Veteranlar Şurası və Gənclər Birliyinin təşkilatçılığı ilə 147 tədbir keçirilib. Bunlarla yanaşı, YAP yerli təşkilatları tərəfindən ümumilikdə 7 minə yaxın müxtəlif səpkili ictimai-siyasi aksiya və tədbir təşkil edilib. YAP Gənclər Birliyinin tərkibində hər biri 6 üzvdən ibarət olmaqla 5 komitə – Beynəlxalq əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə əlaqələr və QHT-lərlə iş, Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər həyata keçirilib.
YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır. Partiyada  cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin geniş şəkildə təmsil olunması xalqımızın YAP-a böyük etimadının ifadəsidir. Əsas hədəflərindən biri Heydər Əliyev irsinin təbliği və təşviqi olan,  dövlət siyasətinin həyata keçirilməsində, ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirak edən,  beynəlxalq əlaqələrini genişləndirməklə Azərbaycan həqiqətlərinin təbliğinə, ölkələr arasında münasibətlərin  inkişafına böyük töhfələr verən  YAP-ın cəmiyyətdə mövqeyi günbəgün  möhkəmlənməkdədir.  YAP “Biz birlikdə güclüyük!” devizi altında daha  möhtəşəm uğurlara və qələbələrə doğru inamla irəliləyir.
 
https://twitter.com/intent/tweet?text=Malik%20H%C9%99s%C9%99nov:%20YAP%20%E2%80%9CBiz%20birlikd%C9%99%20g%C3%BCcl%C3%BCy%C3%BCk!%E2%80%9D%20devizi%20alt%C4%B1nda%20daha%20m%C3%B6ht%C9%99%C5%9F%C9%99m%20u%C4%9Furlara%20v%C9%99%20q%C9%99l%C9%99b%C9%99l%C9%99r%C9%99%20do%C4%9Fru%20inamla%20ir%C9%99lil%C9%99yir%20http://ikisahil.az/post/291452-share 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ