Bu qədər bahaçılığın qabağında da AZAL-a DOTASİYA AYRILIR... - ekspertdən REAKSİYA
"AZAL dövlət şirkətidir. Ordan gələn gəlir də dövlətin mənfəəti sayılır".
Xalqxeber.az "Kommersant.az"a istinadla xəbər verir ki, bu sözləri açıqlamasında iqtisadçı Akif Nəsirli dövlətin hava nəqliyyatına ayırdığı dotasiya haqqında danışarkən deyib. Ekspert bildirib ki, AZAL-ın gəlirləri kifayət qədərdir, amma mənimsənilir:
"AZAL-ın gəlirləri kifayət qədərdir. Lakin gəlirlər də korrupsiyaya məruz qalır. Bu, ölkənin yüksək səviyyəli məmurlarının qatıldığı korrupsiya əməliyyatlarıdır. Buna görə də həmin məmurlar AZAL-a təkrar dotasiyanın ayrılmasını təmin edirlər. Bir qrup məmur tərəfindən gəlirlər mənimsənilir, əvəzində dövlətdən AZAL-a dotasiya ayrılması təmin olunur".
Qeyd edək ki, yanvar-oktyabr aylarında hava nəqliyyatı ilə 1 milyon 882,6 min və ya 2021-ci ilin müvafiq dövrünə nisbətən 2,1 dəfə çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, daşımaların 99,6 faizi dövlət, 0,4 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...