“Eldar Mahmudov məhkəməyə gəlsin...”
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə şahid qismində MTN əməkdaşı Rafiq Abdullayev ifadə verərək deyib ki, Əmlak Komitəsinin əməkdaşı Rauf Sultanovun saxlanılması barədə tapşırqlar idarə rəisi tərəfindən verilib.
Zərərçəkmiş Maqsud Mahmudov deyib ki, sabiq nazir Eldar Mahmudovun məhkəmədə dindirilməsini istəyir: "Burada deyirlər ki, vətəndaşların MTN-ə dəvət olunması nazir və nazir müavinlərinin göstərişi və səlahiyyəti çərçivəsində olub. Buna görə də sabiq nazirin dindirilməsi vacibdir. Eldar Mahmudov burada cavab verməlidir".
Hakimlər vəsatəti müzakirəyə çıxarmayıblar.
M.Mustafayev həbsdə intihar edən polkovnik İlqar Əliyevin ifadəsinin elan edilməsini istəyib. Hakim bildirib ki, sənədlərin tədqiqi mərhələsində ifadə elan olunacaq.
Xaliq Sadıxov MTN əməkdaşı Ayaz Gərayzadənin dindirilməsini istəyib. Məhkəmədə məlum olub ki, A.Gərayzadə barəsində həbs qərarı verilib və o, axtarışdadır.
Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...