SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bu sahibkar əlillərdən BNA-ya qarşı istifadə edir

Bu sahibkar əlillərdən BNA-ya qarşı istifadə edir

Tarix:

23-02-2023, 15:31

/ 314 dəfə oxundu.
Bu sahibkar əlillərdən BNA-ya qarşı istifadə edir

Xəbər verdiyimiz kimi Nazirlər Kabinetinin 52 nömrəli qərarına əsasında 57 saylı marşrut xətti “BakuBus” MMC-nin istismarına verilib.
əldə etdiyi məlumata görə, hazırda 57 saylı xətti işlədən “Azland Plaza” MMC Bakı Nəqliyyat Agentliyinin bu qərarına sərt etiraz edib. Şirkətin rəhbəri Azadxan Xanməmmədov müharibə iştirakçısı olduğunu bildirən bir qrup şəxslə marşrut xəttinə “Bakubus” avtobuslarının çıxmasına imkan verməyəcəyini bildirib. Həmçinin məlum olub ki, A.Xanməmmədov bir müddət əvvəl sahibi olduğu şirkətə bir neçə Qarabağ əlilini şərik edib və onlara rəhbərlik etdiyi sahibkarlıq subyektində müxtəlif vəzifələr verib. Fevralın 24-də əlillərin avtobusların qarşısını kəsəcəyi ilə bağlı profilaktik tədbirlərin həyata keçirilməsi gözlənilir.
Qeyd edək ki, 57 saylı xətt üzrə bu günədək istismara yararsız və kiçiktutumlu avtobuslar sərnişin daşıyıb.  Xəttin “Bakubus”a verilməsi ilə fevralın 24-dən etibarən bu xətt üzrə sərnişindaşıma zamanı gedişhaqqı nağdsız qaydada həyata keçiriləcək.
Rəsmi məlumata görə, 57 nömrəli marşrut xətti üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti qənaətbəxş deyil: "Bu xətt üzrə xidmət keyfiyyətinin artırılması ilə bağlı vətəndaşlardan çoxsaylı müraciətlər daxil olurdu. Yeni avtobusların istismara verilməsi Xətai rayonun 10 min nəfərdən artıq əhalisi olan “Həzi Aslanov” adlanan yaşayış sahəsi istiqamətində sərnişindaşımaların daha rahat və təhlükəsiz formada təşkilinə imkan verəcək”.

Şərhlər

XƏBƏR LENTİ