SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Tarix:

22-02-2023, 16:00

/ 242 dəfə oxundu.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Salyan rayonu Kürqaraqaşlı kənd sakini Rzayev Sübhan İbrahim oğlu tərəfindən 

Ə R İ Z Ə

Hörmətli Prezident! 

Mənim 53 yaşım var, kasıb bir ailənin başçıısıyam. Oğlum, 1993-cü il təvəllüdlü Rzayev Bəhruz Sübhan oğlu hərbi xidmətin başa vurub xeyli işsiz qalandan sonra nəhayət 2021-ci ildə müqavilə əsasında Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrində müddətdən əlavə xidmətə düzəlmişdi. Orada 10 ay idi ki xidmət keçirdi, şəxsi heyətlə birgə Şuşada 1 aylıq hərbi ezamiyyətdə də olub. 
2022-ci ilin avqustun 18-də oğlum Bəhruz xidmət yoldaşı, Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu, əsgər Mirzoev Elmar Elçin oğlunu odlu silahdan atəş açmaqla qətlə yetirib. Bu xəbərdən bir valideyn kimi sarsılmışam. Şüurlu surətdə dərk edirəm ki, oğlum cinayət əməli törədib və buna görə cəzalanmalıdır. Lakin hadisənin təfərrüatları barədə sonradan öyrəndiklərim və istintaqın obyektiv aparılmaması məni Sizə müraciəti etmək məcburiyyətində qoydu. 
Mərhum Elmar Mirzoev fiziki cəhətdən oğlumdan güclü və cüssəli olduğundan mütəmadi olaraq Bəhruzu incidib, onun şəxsiyyətini alçadan hərəkətlər edib. Hadisə baş verməzdən əvvəl də E. Mirzəoev Bəhruza fiziki güc tətbiq edibmiş. Oğlumun hərəkəti özünümüdafiə məqsədi daşıyıb. O, mütəmadi olaraq edilən qeyri-insani davranışdan, alçaldıcı hərəkətdən və güc tətbiqindən cana yığılaraq öz hərəkətlərinə nəzarəti itirib.  
Faktla bağlı Ağdam Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanmışdı. Sonradan işə 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsini də əlavə ediblər. Halbuki, yuxarıda qeyd etdiyim kimi, Bəhruz özünü müdafiə məqsədilə xidmət yoldaşına ətəş açmaq məcburiyyətində qalıb. Nəzərə alınmalıdır ki, hər iki şəxs xidmət yerində, xidməti silahla olub. Oğlum bu qətli “xüsusi amansızlıqla və təhlükəli üsula” törətmək üçün sıradan bir mülki şəxs olaraq qanunsuz yolla haradansa, kimdənsə silah əldə etməyib, qətli əvvəlcədən planlamayıb. Özündən fiziki cəhətdən güclü və boy-buxunlu olan şəxsin mütəmadi olaraq təkrarlanan zorakılıq və ağır təhqirindən, psixi təsiredici hərəkətlərindən bezərək  silaha əl atıb. Söz yox ki, oğlumun əməli zərərçəkənin hərəkətlərinə adekvat deyil, ola bilsin zəruri müdafiə həddi də aşılıb. Amma istintaq bu əməli Cinayət Məcəlləsinin 123-cü maddəsinə də uyğun bilməyib.
Hörmətli cənab Prezident! Baş vermiş hadisədən dərin təəssüf, kədər hissi keçirdiyimi bildirməklə Sizdən istintaqın obyektiv aparılmasına  yardımçı olmağınızı xahiş edirəm. 

21 fevral 2023-cü il.  
Rzayev Sübhan İbrahim oğlu

Şərhlər

XƏBƏR LENTİ