AQTA-nın regional rəisi saxta “Multifood” pendirlərinin satışına niyə göz yumub? - BU NƏDİ BELƏ?
Bakıda bəzi mağazalarda qida təhlükəsizlik çıxarışı ləğv edilən "Multifood” əmtəə nişanı adı altında yarasız holland pendirləri satılır.
Xalqxeber.az bildirir ki, Qaynarinfo-nun əməkdaşı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində fəaliyyət göstərən "Gülman” MMC-nin "Multifood” əmtəə nişanı adı altında istehsal edilib, satışa çıxarılan yararsız holland pendiri aşkarlayıb.
Məsələ ilə bağlı ötən ilin dekabr ayının 29-da AQTA-ya rəsmi sorğu ünvanladıq. Sorğumuza AQTA-nın Xızı-Abşeron Regional Bölməsinin rəisi İrfan İsgəndərov bu gün cavab verib.
AQTA rəsmisi bildirib ki, "Gülman” MMC-nin direktoru Cəfərov Əli Telman oğlunun məsələ ilə bağlı izahatı alınıb: "Multifood” əmtəə nişanın istehsalçısı Abşeron rayonu, Xırdalan şəhəri, Quşuluq Yaşayış Massivində fəaliyyət göstərən "Gülman” MMC-nin direktoru Cəfərov Əli Telman oğlunun məsələ ilə bağlı yazılı izahatı alınıb. Sahibkar izahatında "Gülman” MMC-nin qeyd edilən ünvanda fəaliyyətini dayandırdığını və müəssisənin qida təhlükəsizlik çıxarışının ləğv edildiyini, lakin etiketləri şəriki Quliyev Orxan Ələkbər oğlunda qaldığını bildirib.

İrfan İsgəndərovun cavabında bəzi qaranlıq məqamlar ortaya çıxır. Qurum müəssisənin bağlanması faktını öz adı ilə deyil, MMC direktorunun diliylə bizə çatdırır.
Sual olunur ki, lisenziyası ləğv edilən müəssisənin məhsulları mağazalarda necə satılır? Bunu siz və yaxud əməkdaşlarınız görməyibmi?
Digər bir qaranlıq məqam "Multifood” əmtəə nişanlı etiketləri MMC direktorunun dostunun anbarında niyə saxlanılır? Və yaxud satılan pendirlərin üzərində niyə vurulub?
Digər bir sual: Şirkət bağlanıbsa, hansı səbəbdən ilk cümlədə "fəaliyyət göstərən MMC" qeyd edilir?
AQTA-nın Xızı-Abşeron Regional Bölməsinin rəisi İrfan İsgəndərovun yuxarıda qaranlıq qalan suallarımıza cavabını da işıqlandıra bilərik.
Mövzuya qayıdacağıq. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...