SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanın maddi-mədəniyyət nümunələri ölkədən necə çıxarılıb? - İTTİHAM VAR!

Azərbaycanın maddi-mədəniyyət nümunələri ölkədən necə çıxarılıb? - İTTİHAM VAR!

Tarix:

20-02-2023, 16:55

/ 289 dəfə oxundu.
Azərbaycanın maddi-mədəniyyət nümunələri ölkədən necə çıxarılıb? - İTTİHAM VAR!

 “2021-ci ildə Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyində aparılan yoxlamalar nəticəsində nazirliyin bir nəfər işçisinin (xadimə) adı işdə olsa da, nazir Natəvan Qədimovanın evində qulluqçu kimi işləməsi və əmək haqqının da dövlət büdcəsindən ödənildiyi aşkarlanmışdır. Bu da o deməkdir ki, "xanım nazir" öz səlahiyyətlərindən istifadə edərək nazirliyin işçilərini evində belə qul kimi işlədirdi”.

Bu barədə “Hürriyyət”ə Naxçıvan MR-dəki mənbə tərəfindən informasiya verilib.

Məlumata əsasən, N.Qədimova hər zaman vəzifəsindən sui-istifadə edərək dövlət əmlakını, dövlət mülkiyyətində olan avadanlıqları belə “dədəsinin malı” kimi istifadə edib: “Bununla kifayətlənməyərək, maddi-mədəniyyət nümunələrinin ölkədən çıxarılmasına razılıq verib və müəyyən rüşvət qarşılığında İrana satıb!

Bu, çox vacib məsələdir. Deməli, 2021-ci ilin yanvar-fevral aylarında aparılan yoxlamamlar zamanı 1950-ci illərə aid bir ədəd “Petrof” markalı fortepianonun ölkədən çıxarılaraq İrana keçirildiyi aşkarlanıb. İşin əsli belədir. Sözügedən foretepiano qeyd olunan illərə aiddir və yarım əsrdən çox yaşı olan hər hansı bir musiqi aləti antika sayılmaqla yanaşı, maddi-mədəniyyət nümunəsi sayılır. Bunun da ölkədən çıxışına icazə verilmir.

Həmin musiqi alətinin 2016-cı ildə Bakıdan alınaraq İrana aparılması planlaşdırılır, lakin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən razılıq məktubu olmadığı üçün Gömrük məntəqəsindən buraxılmır və bunun qarşısı alındığından sahibkar başqa yola əl atır.

Belə ki, tez Naxçıvanla əlaqə saxlayır və Naxçıvan MR Mədəniyyət Nazirliyindən razılıq almağa çalışır. Bu vaxt aləti İrana deyil, İran yolu ilə Naxçıvana - öz evlərinə apardıqlarını bildirilər. Bu zaman gömrükdə sıxıntı yaşanmır. Musiqi aləti Naxçıvana gəlir və təcili olaraq Mədəniyyət naziri ilə əlaqə saxlanılır ki, onlara razılıq verilsin. Əlbəttə ki, Allah rızası üçün yox, rüşvət qarşılığında. Nazir xanım da bunun qeyri-qanuni olduğunu bilməsinə baxmayaraq, əldə edəcəyi pulları düşünə-düşünə razılıq verir. Beləliklə, Azərbaycanın daha bir mədəniyyət nümunəsi ölkədən çıxarılır”.

Görəsən, bu fortepianonun dəyəri nə qədər idi ki, onu İrana aparmaq üçün Bakıdan Naxçıvana - İran yolu ilə gətirib, yenidən İrana aparıblar? Və yaxud Maliyyə Nazirliyi bu məsələni aşkara çıxarandan sonra hansı güclər N.Qədimovanın arxasında dayandı ki, məsələ ört-basdır edildi?

“Məlumatın dəqiqliyi üçün nazirliyin kollegial qərarlarına baxış keçirilsə, təkcə bir musiqi aləti yox, onlarla belə alətin, mədəniyyət nümunələrinin, muzey eksponatlarının taleyinin necə olduğunu öyrənmək olar”, - deyə mənbə bildirir.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ