"Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik..." - İlham Əliyev
"Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi".
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı söyləyib.
Dövlət başçısı qeyd edib: "Bizim təcrübəmizə əsasən sizə deyə bilərəm ki, bəzən sülh danışıqları çox uzun sürür. Biz 28 il ərzində sülh danışıqları apardıq. Siz bunu təsəvvür edə bilirsiniz? 1992-ci ildən 2020-ic ilədək. Biz Qarabağ münaqişəsini döyüş meydanında həll etməsəydik, onda bu sülh danışıqları daha 28 il davam edəcəkdi.
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bir neçə platforma var. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələlərinin müzakirəsi üçün bizdə bir neçə platforma var. Onlardan biri belə adlandırılan Brüssel formatıdır.
Dünən Avropa İttifaqı Şurasının Prezidenti cənab Şarl Mişellə görüş zamanı biz prosesə tərəfdar olduğumuzu bir daha təsdiqlədik. Bu gün Dövlət katibi Blinkenin təşkil etdiyi üçtərəfli görüşdə də biz Brüssel prosesini üçtərəfli format kimi müzakirə etdik. Fikrimcə, hamı başa düşür ki, bu, yalnız Aİ, Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli formatdır".
Ölkə rəhbəri həmçinin əlavə edib ki, biz Qarabağın erməni icmasının nümayəndələri ilə praktiki kommunikasiyalara başlamağa hazırıq: "Bu gün mən bunu Dövlət katibi Blinkenin iştirakı ilə erməni həmkarıma bildirdim. Lakin biz buna o halda başlaya bilərik ki, Rusiya vətəndaşı, kriminal oliqarx, Avropada pulların yuyulması ilə məşğul olmuş Ruben Vardanyan ərazimizi tərk etsin".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...