Ombudsman bu avtomobili 8 500 manata satır - FOTOLAR
Əmlak Məsələləri Dövlət Xidməti bir-sıra dövlət qurumlarının balansında olan minik avtomobillərini satışa çıxaracaq.
Satışa çıxarılacaq avtomobillərin 8-i Daxili İşlər Nazirliyinə, 4-ü Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatına, 16-ı Xarici Kəşfiyyat Xidmətinə məxsusdur.
Siyahıda ən ucuz avtomobil 2005-ci il istehsalı olan “Tofaş Şahin”dir. Onun ilkin satış qiyməti 1 000 manat müəyyən edilib.
Hərracın ən baha avtomobili isə “Land Rover Defender”dir. Xarici Kəşfiyyat Xidmətinin balansında olan avtomobil 14 000 manata hərraca çıxarılıb. Avtomobil 2011-ci ildə istehsal edilib.
Bunlardan başqa Ombudsmana məxsus 2006-cı il istehsalı olan “BMW 740Lİ” markalı avtomobil 8 500 manata, 2008-ci il istehsalı olan “Hyundai H1” markalı avtomobil 10 000 manata, DİN-ə məxsus 2013-cü il istehsalı olan “KİA Sorento” markalı avtomobil 9 000 manata satışa çıxarılıb.
Onu da bildirək ki, satışa çıxarılan avtomobillər qeyri-işlək vəziyyətdədir.
Tam siyahı ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
AMİA.AZ
XalqXeber.Az




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...