Türklər Azərbaycandakı bu fotodan DANIŞIR
Türkiyəni sarsıdan zəlzələ böyük dağıntılara və can itkisinə səbəb olub. Azərbaycan başda olmaqla dünyanın müxtəlif ölkələrindən Türkiyədəki zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım toplanılır.
Ölkəmizdə qısa zaman ərzində qardaş Türkiyəyə çox sayda yardım toplanılıb.Türklər demiş "7-dən 70-ə" kimi hər kəs qardaş ölkə üçün əllərindən gələn köməyi əsirgəmir.
Bu gün həm Azərbaycan, həm də Türkiyə mediasında yardıma tələsən “07” markalı avtomobilin fotosu gündəm olub. Belə ki, Türkiyə bayrağı asılan maşının üzərinə yardım məqsədilə aparılan yorğan-döşək yığılıb.
Qısa zamanda Türkiyə sosial şəbəkələrində “07” markalı avtomobilin fotosu hər yerdə paylaşılıb. Türk qardaşlarımız azərbaycanlı şəxsin bu fotosunu təqdirəlayiq hal kimi qiymətləndiriblər. Bununla yanaşı, 2 milyondan çox izləyicisi olan "Onediocom" hesabı sözügedən fotonu paylaşaraq, "Azerbaycan, Baküden bir fotoğraf..." , - şərhini yazıb. Fotoya çox sayda bəyəni və şərh gəlib.

XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək