"Broker Əbülfəz”in ətrafında nə baş verir? - Öz şirkəti özünü məhkəməyə verib
Həbsdə olan "Broker” MMC-nin sahibi, "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun oğlu Murad Məlikova qarşı daha bir məhkəmə iddiası üzə çıxıb.
İmanov Rizvan Gülümxan oğlu adlı vətəndaş Murad Məlikovu məhkəməyə verib. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır.
İşin mahiyyəti korporativ mübahisələrdən ibarətdir. Rizvan İmanov Murad Məlikovla yanaşı, "Aqro-Mur” MMC-ni də məhkəməyə verib.
Araşdırmalarımız zamanı bəlli olub ki, Rizvan İmanov "Aqro-Mur” MMC-nin qanuni təmsilçisidir. Onun qanuni təmsilçisi olduğu şirkəti məhkəməyə verməsi maraq doğruduğundan araşdırmalarımız davam edib və aydın olub ki, əslində sözügedən MMC-nin təsisçisi Murad Məlikvodur. Şirkətin adındakı "Mur” ifafdəsi də onun adının ilk üç hərfidir.
Bundan əvvəl Murad Məlikov Qaybalıyev Xaqani Alcan oğlu tərəfindən məhkəməyə verilmişdi. Bu işdə cavabdehlərdən biri də "Aqro Səlyan” MMC-dir. Xaqani Qaybalıyevin özü isə "Şəmkir Aqropark”ın direktoru vəzifəsində çalışıb.
Həmçinin Nağıyev Oqtay Rüfət oğlu adlı şəxs Əbülfəz Məlikovu, "MA Group” və "Agro Land MMC” şirkətlərini də məhkəməyə verib. Ehtimal olunur ki, "Aqro Səlyan”, "MA Group” və "Aqro Land MMC” şirkətləri də Məlikovlara məxsusdur.
Əbülfəz Məlikov Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Dövlət Gömrük Komitəsinin (DGK) yüksək vəzifəli şəxsləri barəsində davam edən cinayət işi çərçivəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 209.3 (gömrük ödənişlərinin ödənilməsindən yayınma, xüsusilə külli miqdarda törətdikdə), 213.3 (vergiləri ödəməkdən yayınma - xüsusilə külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə cinayət əməli törətməkdə şübhəli bilinir.
AMİA.AZ

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...