SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı FƏRMAN

İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı FƏRMAN

Tarix:

26-01-2023, 16:30

/ 301 dəfə oxundu.
İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı FƏRMAN

 
“Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 29 nömrəli Fərmanında dəyişiklik edilib. 

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

Dəyişikliyə qədər Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2022-ci il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019-2025-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməli idi. 

Yeni fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2024-cü il dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019-2027-ci illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.


Şərhlər

XƏBƏR LENTİ