XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi — Özündən AÇIQLAMA

Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi — Özündən AÇIQLAMA

Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi — Özündən AÇIQLAMA
20-01-2023, 13:18

 
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.

Bu barədə açıqlamasında generalın özü məlumat verib.

"Mən hazırda pensiyadayam, Kəmaləddin Heydərov məni pensiyaya göndərib.Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm."

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis Idarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.

Manset.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.