Sabiq deputata məxsus şirkətin büdcəyə 100 minlərlə vergi borcu var - TƏFƏRRÜAT
Sabiq deputat Hacı Salayevə məxsus “Trust-S.S.” MMC-nin (VÖEN – 1300271661) dövlət büdcəsinə böyük həcmdə - 465 min 651 manat 30 qəpik vergi borcu var.
Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, “Trust-S.S.” MMC 29.10.2002-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı “Yasamal rayonu, Şəhriyar, ev 51, mərtəbə 6, m. 2”də yerləşən şirkətin nizamnamə kapitalı 10 manat təşkil edir.
Qanuni təmsilçisi Eyvazov Azad Fərman oğlu olan “Trust-S.S.” MMC-yə daha əvvəl Hacı Salayevin özü rəhbərlik edib. Hacı Saleyev deputat olmazdan əvvəl SOCAR prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri və Təhlükəsizlik Departamentinin rəisi vəzifələrində də çalışıb.
2010 və 2015-ci illərdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən deputat seçilən Hacı Saleyev eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə məxsus olan “Gilan Holdinq”ə bağlı “Az Kommunal Servis” ASC-nin (VÖEN – 1401752761) İdarə heyətinin sədri olub.
Onu da bildirək ki, polkovnik rütbəsi daşıyan Hacı Saleyevin qardaşı - general-mayor Baba Salayev FHN Akademiyasınn rəisidir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək