Məhərrəm Talıbovla "GN Qrup"un xadiməsi arasında quru çay QALMAQALI
Ötən gün Naxçıvanda Talıbovlar "GN Qrup" şirkətinin binasını dövlətə təhvil veriblər.
Təhvil-təslim zamanı çox maraqlı anlar yaşanıb. "GN Qrup"da ofisi olan Vasif Talıbovun qardaşı Məhərrəm Talıbov ofisini şəxsən özü boşaldıb. "Xan"ın qardaşını stol daşıyarkən görüblər. Bu hadisə əvvəl görənləri şoka salsa da, bəlli olub ki, Naxçıvanda Talıbovların köçünə belə heç kim kömək etmək istəmir.
Hətta "GN Qrup" tərəfindən ofis üçün üçün alınan quru çayı aparmaq istəyən Məhərrəm Talıbovla xadimə arasında söz-söhbət yaranıb. Xadimə quru çayı Məhərrəm Talıbovun əlindən alaraq bildirib ki, burdakılar da çay içməlidir. "27 ildir bu ölkəni çapıb talasanız da gözünüz doymayıb, indi də quru çaya göz dikmisiniz", deyə xadimə bildirib.
Mənbə gəmçinin bildirib ki, Məhərrəm Talıbov müəssisənin hər şeyini öz əmlakı kimi daşımağa çalışsa da, sonda buna imkan verilməyib.Valyuta.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...