28 yaşlı oğlan özünü niyə güllələdi? - TƏFƏRRÜAT
Zaqatalada ov tüfəngi ilə ehtiyyatsız davranan 28 yaşlı gəncin ölümünün bəzi təfərrüatları məlum olub.
Ötən gün axşam saatlarında rayonun Lahıc kənd sakini 1994-cü il təvəllüdlü Cavidan Murad oğlu Muradov qardaşı və dostu ilə birlikdə “Muravey” markalı mopedlə kəndin inzibati ərazisindəki meşəlik sahədəki şəxsi təsərrüfatına işləməyə gedib.
APA-nın məlumatına görə, hadisə baş verən zaman Cavidan Muradov mopedi idarə edirmiş və o, əlində tutduğu silahla ehtiyatsız davranıb. Nəticədə silahdan açılan atəş onun baş nahiyəsində ciddi zədəyə səbəb olub.
Cavidan Muradov aldığı güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır. Lent.az-ın məlumatına görə, 28 yaşlı Cavidan Muradov bir il əvvəl ailə həyatı qurubmuş.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, 26 dekabr axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndindəki meşəlik ərazidə kənd sakini, 1994-cü il təvəllüdlü Cavidan Muradovun ov tüfəngindən açılan atəşdən ölməsi barədə polisə məlumat daxil olub.
Hadisə yerinə və meyitə polis, eləcə də prokurorluq əməkdaşları tərəfindən baxış keçirilib. İlkin araşdırma zamanı C.Muradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində silahdan açılan atəşdən öldüyü müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...