UNEC-ə qarşı SƏRT İTTİHAM: - "İqtisad Universiteti öhdəliklərini bacarmır"
“İqtisad Universiteti sadəcə reklam xarakterli tədbirlərə meyillidir və bu, ürəkaçan hal deyil”.
Bu sözləri İqtisad Universitetində baş verən son islahatlardan sonra yaranan narazılıqların səbəblərini və ümumilikdə universitetin fəalliyətini şərh edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, İqtisad üzrə elmlər doktoru Elşad Məmmədov Yenicag.az-a müsahibəsində deyib.
Onun gözlərinə görə, son islahatların gözləntiləri doğrultmaması təəssüf doğurur. Çünki idarəetmə yanaşması universitetin fəaliyyətini doğru istiqamətə aparmır:
“Problemlərin vaxtında həll olunmaması Azərbaycanda iqtisadiyyat elminin inkişafına mənfi təsir göstərə bilər. Universitetdə ixtisasların təsnifatı ilə bağlı ciddi problemlər var. Belə ki, iqtisadi təhsili təşkil etmək məcburiyyətində olan universitetin bu istiqamət üzrə ixtisasları mövcud deyil”.
Xalqxeber.az Yenicag.az-a istinadla videomüsahibənin tam versiyasını təqdim edir:
Qeyd edək ki, UNEC-in professoru Elşad Məmmədovun irəli sürdüyü ittihamlarla bağlı İqtisad Universitetinin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...