Zaur Mirzə-zadə haqda həbs qərarı verən hakim işdən çıxarıldı
Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad edilir.
Xalqxeber.az-ın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” məsələdə əksini tapıb.
Layihəyə əsasən aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi vəsifəsindən azad edilir:
– Kərimli İlham Əziz oğlu;
– Qasımov Faiq Adil oğlu;
– Məhərrəmova Şeyda Ədalət qızı.
Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, Faiq Qasımov hazırda həbsdə olan jurnalist, Xalq.az saytının baş redaktoru Zaur Mirzə-zadə barədə həbs qərarı verən hakimdir.
Ali Məhkəmə sonradan Apellyasiya məhkəməsinin hakimi Faiq Qasımovun ədalətsiz qərarını ləğv edib.
Qeyd edək ki, Xalq.az və Bakutime.az saytlarının baş redaktoru Zaur Mirzə-zadə törətmədiyi əmələ görə ədalətsiz qərarla məhkum həyatı yaşayır. Bunu jurnalistin vəkili Kamran Musayev mətbuata açıqlamasında bildirib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək