SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Cavid Qurbanovun Ağstafadakı kadrı işdən çıxarılıb - ƏMR

Cavid Qurbanovun Ağstafadakı kadrı işdən çıxarılıb - ƏMR

Tarix:

20-12-2022, 10:45

/ 301 dəfə oxundu.
Cavid Qurbanovun Ağstafadakı kadrı işdən çıxarılıb - ƏMR

Cavid Qurbanov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Azərbaycan Dəmir Yolları "QSC"-yə sədr təyin edildikdən sonra öz adamlarını dəmir yolu sisteminə işə gətirdi.Bir çox Yol İstimar İdarələrinin rəisləri kimi, o zaman 27 saylı Qazax Yİİ-nin rəisi Həsən Hadıyev də Ağstafa Dəmir Yol Sahəsinin rəisi,peşəkar dəmiryolçu Şükür Mustafayevi əvəzlədi.Həsən Hadıyevin müavini kimi bu haqsızlığı qəbul edə bilməyən Şükür Mustafayev bir müddət sonra dünyasını dəyişdi.

Xalqxeber.az bildirir ki, Faktinfo.az saytına Ağstafa rayonundan verilən məlumata görə,Cavid Qurbanovun "ADY" QSC-dən uzaqlaşdırılandan sonra Həsən Hadıyev də vəzifəsindən kənarlaşdırılıb.Onun haqqında hüquqi araşdırmanın başlandığı qeyd edilir.

Şərhlər

XƏBƏR LENTİ