SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Vasif Talıbov qeybə çəkilib... ÖZBAŞINALIQ İSƏ SƏNGİMİR... - NARAZILIQ VAR!

Vasif Talıbov qeybə çəkilib... ÖZBAŞINALIQ İSƏ SƏNGİMİR... - NARAZILIQ VAR!

Tarix:

19-12-2022, 09:58

/ 627 dəfə oxundu.
Vasif Talıbov qeybə çəkilib... ÖZBAŞINALIQ İSƏ SƏNGİMİR... - NARAZILIQ VAR!

"“Xan” həzrətləri Bakıda qeybə çəkiləndən Naxçıvan sahibsiz qalıb. Qahablı Nurlan kişi də kimə şikayət edəcəyini bilmir. Odur ki, üzünü aidiyyəti orqanlara tutub müraciət edir" DİA.AZ bildirir ki, bu barədə tanınmış jurnalist Heydər Oğuz Babək rayonu Qahab kəndindən olan vətəndaşın gileyini çatdırarkən qeyd edib.

Daha sonra jurnalist yazır: "“Kimlərsə hər gün qoyunlarımı suvardığım gölün ətrafını qanunsuz olaraq mənimsəyib. Göl 4 tərəfdən şumlanaraq mühasirəyə alınıb. Bəs mən heyvanlarımı harda suvarım?”.
Susuzluq ucbatından əkinçilikdə bəxti gətirmədiyindən Nurlan kişi çətinliklə də olsa heyvandarlığa keçmişdi. Çünki nəbatət həyatından fərqli olaraq heyvandarlıqda suyu təsərrüfata gətirmək problemi yoxdur. Heyvanlar öz ayağı ilə gedib su mənbələrinə çata bilirlər. Di gəl ki, “xan” həzrətlərinin əyan-əşrəfi bu fürsəti belə kəndlilərə çox görüb.
Qahablı Nurlan kişi isə Vasif xanlığının bu yezidliyini görüb, deyəsən yavaş-yavaş bizim tərəfimizə keçir. Düz də edir. Bakıda yağlı əppək olub göyə çəkilən “xan” həzrətləri indi öz başına çarə qıla bilmir, Qahablı Nurlan kişinin heyvanlarınımı düşünəcək? O, heç Allahın düz vaxtı bu barədə düşünmürdü".

VİDEO BURADA: https://www.facebook.com/heyder.oguz/videos/1536511796862794

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Şərhlər

XƏBƏR LENTİ