Kürdəmirin Muğanlı kəndinə gedən YOLSUZLUQ – 4 km-lik məsafə 40 ildir təmir edilmir - FOTO
Kürdəmirin Muğanlı kəndinə gedən yol kənd camaatını artıq təngə gətirib. Düz 40 ildir ki, bu yola əncam çəkən tapılmır. Problemlər sovetdən qalıb, amma müstəqilliyimizin də günəşi bu yol probleminə işıq sala bilməyib.
Muğanlı kəndi rayon mərkəzindən 15 km uzaqlıqda yerləşir. Həmin yolun 11 km-lik hissəsi Bakı-Qazax yoluna düşür, qalan 4 km-lik hissəsi isə əndə dönən hissədir və bərbad gündədir.
Kənddə 200 evdə 1100 nəfər sakin yaşayır. Amma kənddə olan yol problemi onların gündəlik həyatını kabusa çevrib. Belə ki, Muğanlı kəndinə gedən yol təqribən 50-55 il bundan əvvəl sovetlər dönəmində çəkilib, 5-10 il sonra tamamilə sıradan çıxıb. istismar müddətini başa vurmuş kənd yolu 40 ildir ki, heç kim tərəfindən təmir edilmir.
Bizim.Media-ya danışan kənd sakinləri bildirilər ki, qışda palçıqdan, yayda tozdan bu yolda hərəkət etmək mümkün deyil:
“Bu yoldan bir dəfə keçdinsə, maşını aparıb ustaya göstərməlisən. Çala var ki, dərinliyi yarım metrdir. Əsaslı təmirə ehtiyacı var bu yolun, bir-iki maşın daş-qum tökməklə əmələ gəlməz”.
Sakinlər deyir ki, dəfələrlə aidiyyatı orqanlara müraciət ediblər, məktub yollayıblar, amma heç kimdən səs-səmir çıxmır.
Məsələni həll etməkdə Kürdəmir rayon icra hakimiyyəti də acizdir. İllərdir həll olunacaq desələr də ortada bir iş yoxdur.
Bizim.Media-ya problemlə bağlı məlumat verən icra hakimiyyətinin memarlıq şöbəsinin baş məsləhətçisi Şəfaət İsmayılov bildirdi ki, adı çəkilən yolun layihəsi hazırdır. Növbəti illərdə rayonun bir neçə kəndinə, o cümlədən Muğanlı kəndinin 4 km-lik hissəsinə asfalt örtüyünün salınması işləri həyata keçriləcək.
Bizim.Media










Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...