SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Vətəndaşla bələdiyyə arasında rüşvət borca necə çevrildi? - TƏFƏRRÜAT

Vətəndaşla bələdiyyə arasında rüşvət borca necə çevrildi? - TƏFƏRRÜAT

Tarix:

12-12-2022, 09:22

/ 363 dəfə oxundu.
Vətəndaşla bələdiyyə arasında rüşvət borca necə çevrildi? - TƏFƏRRÜAT

 
Qazax rayonu Ağköynək kənd sakini Murad Mustafayev 2022-ci ildə torpaq sahəsi almaq qərarına gəlib.

Murad Mustafayev deyir ki, Ona təklif etdiyi torpaq sahəsi qarşılığında Ağköynək-Qarapapaq kəndinin bələdiyyə sədri Nəzakət Mənsurovaya ümumilikdə 3700 manat məbləğində pul ödəyib.

Murad Mustafayev Nəzakət Mənsurovaya pul verərkən lentə aldığını dediyi səs yazılarını Toplum TV-yə təqdim edib.

Murad Mustafayev aidiyyatı üzrə hüquq-mühafizə orqanlarına müraciət edib. Nəzakət Mənsurova ifadə verərkən deyib ki, çilingər sözügedən məbləği qızı Ləman Musazadəyə borc kimi verib.

Bundan sonra polis müstəntiqi işə xitam verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov işə xitam verildiyini təsdiqləyib.

«Araşdırmalar zamanı N. Mansurova izahatında bildirib ki, 2021-i ilin sentyabr ayında övladının müalicə və əməliyyatı üçün həmkəndlisindən 3700 manat borc aldığını borcu qaytara bilmədiyi üçün Ağköynək kənd bələdiyyəsinə məxsus 0.6 ha torpaq sahəsini həmin borcun əvəzində Murad Mustafayevə vermək istəmişdir. Araşdırmaların nəticəsi olaraq cinayət işinin başlanması Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə rədd edilmişdir»

Nəzakət Mənsurova Toplum TV-yə açıqlamasında ondan şikayətçi olan Murad Mustafayev haqqında sərt ifadələr işlədərək, aldığı məbləğin borc olduğunu, borcu da qaytardığını deyib.

Bələdiyyə sədri şikayətçini məhkəməyə də verdiyini deyir.

Murad Mustafayevin polisə də təqdim etdiyi səs yazılarında söhbətin borcdan getmədiyi aydın olur.

Polis bələdiyyə sədrini cinayət məsuliyyətindən niyə qoruyur, bəlli deyil.

Toplum TV

Şərhlər

XƏBƏR LENTİ