XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Sumqayıtın “tender kralı” Hümbət Məmmədxanov gizlənir… – Zakir Fərəcovla bu adamı nə birləşdirir?

Sumqayıtın “tender kralı” Hümbət Məmmədxanov gizlənir… – Zakir Fərəcovla bu adamı nə birləşdirir?

Sumqayıtın “tender kralı” Hümbət Məmmədxanov gizlənir… – Zakir Fərəcovla bu adamı nə birləşdirir?
5-12-2022, 22:27

 
Bugünlərdə Sumqayıt şəhərinin abadlaşması ilə bağlı iş icraçısı olan sahibkarlar yenə də gördükləri işin müqabilində onlara çatacaq vəsaiti bu sahədə tenderin qalibi olan şəxslərdən ala bilmədikləri ilə bağlı məlumat vermişdik. Bu barədə Azinforum.az-a həmin şəhərdə podratçı kimi iş icra edən sahibkarlar məlumat vermişdi. Onların sözlərinə görə, iş icraçısı olan podratçı şirkətlərlə bütün danışıqları Məmmədxanov Hümbət Əlicavan oğlu adlı şəxs aparır. Hümbət Məmmədxanov isə bizimlə söhbətində deyilənlərin həqiqətə uyğun olmadığını, onun tenderlə deyil, yalnız mebel istehsalı ilə məşğul olduğunu bildirib.


Təmir işləri ilə məşğul olan və gördükləri işin pulunu Hümbət müəllimdən ala bilməyən sahibkarlar yaranmış vəziyyətlə bağlı ölkə rəhbərliyi və əlaqədar dövlət qurumlarına şikayətlər ünvanlayıblar. Onlar saytımıza Hümbət Məmmədxanovun tenderdə iştirakını sübut edən möhtəbər dəlillər və sənədlər də təqdim ediblər. Həmin sənədlərə Hümbət Məmmədxanovun özü şəxsən imza atıbsa, onda niyə tenderdə iştirakını inkar edir? Deməli, burada qaranlıq nəsə məqam var.

Aldığımız məlumata görə, Hümbət Məmmədxanov borclu olduğu sahibkarlardan yayınmaq üçün indi də xəstə olduğunu bəhanə edir. Sumqayıtın icra başçısı Zakir Fərəcova yaxınlığı ilə seçilən bu adam görəsən kimə arxalanır ki, media vasitəsilə cəmiyyəti aldatmaqdan belə çəkinmir.

Sahibkarların haqlı iddiaları ilə bağlı H.Məmmədxanovla yenidən əlaqə saxladıq. O, zənglərimizə cavab vermədi. Amma verilməli olan əsas sual budur: Zakir Fərəcov, Hümbət Məmmədxanovla sizi nə bağlayır? Necə olur ki, bu adam bütün danışıqları aparır, sənədlərə imza atır, amma sahibkarlar haqqını tələb edəndə yoxa çıxır!?

Xalqxeber.az Azinforum.az-a istinadən Hümbət Məmmədxanovun səs yazısını təqdim edir:

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.