XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Ermənistanla müharibə riski nə qədərdir? - GƏLİŞMƏ

Ermənistanla müharibə riski nə qədərdir? - GƏLİŞMƏ

Ermənistanla müharibə riski nə qədərdir? - GƏLİŞMƏ
2-12-2022, 20:46

 
Ermənistanın sülh danışıqları ilə bağlı atdıqları addımlar oyunpozanlıqdan başqa bir şey deyil. Eyni zamanda, İrəvan mümkün qədər vaxt qazanaraq, sülh sazişinin imzalanma prosesini yubatmağa çalışır. Bu vaxt isə onlara silahlanmağa, 44 günlük müharibədə darmadağın olmuş ordusunu mümkün qədər bərpa etməyə lazımdır.


Aydın məsələdir ki, hal hazırda Ermənistanın “Azərbaycan müharibəyə hazırlaşır” deməsi də qabaqdangəlmişlikdir. Çünki gedişat aydın şəkildə göstərir ki, Ermənistan ciddi şəkildə silahlanır, sərhəddə və Qarabağda təxribatlara əl atmaqla, ilkin “məşqlərini” edir. Təbii ki, bu prosesdə rusların da onlara dəstək verdiyi istisna deyil. Daha doğrusu, Rusiya birmənalı şəkildə Qarabağdakı erməniləri silahlandırmaqla, Azərbaycana qarşı iki istiuqamətdə cəbhə açmağı düşünür. Həmin cəbhələrdən biri sərhəddə, digər isə Qarabağda olmalıdır.

Ermənistanın müdafiə naziri Suren Papikyan isə ənənəvi olaraq yenə müharibə riskindən danışıb. O deyib ki, sentyabrın 12-13-dən sonra sərhəddə həmişə atışma olur. “Hazırda başqa şərhim yoxdur. Müdafiə Nazirliyi hər gün rəsmi açıqlamalar verir. Müharibə təhlükəsi isə həmişə var”.

Əslində, Papikyanın bu sözlərdən fərqli nəsə deyəcəyi real deyil. O, ölkəsinin hazırladığı məkrli planı ört-basdır etmək və gələcəkdə, beynəlxalq təşkilatlara “gördünüz, Azərbaycan müharibə edir” demək üçün zəmin hazırlamağı planlaşdırır.

Etiraf edək ki, Ermənistanla Azərbaycan arasında müharibə ehtimalı hal hazırda ən yüksək səviyyədədir. Ona görə ki, Ermənistan tərəfi nəinki sərhəddə təxribatlara əl atır, həm də Qarabağdakı separatçıları da silahlandırmaqdan çəkinmir. Təkcə, Qarabağdakı ermənilərə silah verilməsi faktı, bu ölkənin Azərbaycanın daxili işlərinə qarışmaq, ölkənin parçalanmasını istəyən separatçıları qızışdırmaq cəhdi, həmçinin onların terrorçu kimi dəstəklənməsi deməkdir ki, bu da müharibə üçün hüquqi əsas verir. Lakin Ermənistanın başqa cəhdləri də var ki, bu, Azərbaycanı hərbi münaqişəyə cəlb etmək üçün ciddi əsaslar verir.

Belə ki, Ermənistan sülh danışıqlarından boyun qaçırır, indiyə qədər keçirilən görüşlərdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir, sərhədlərin müəyyən edilməsi üçün heç bir tutarlı addım atmır. Üstəlik, sərhəddə təxribatlardan da çəkinmir.

İndi bütün bunların fonunda Papikyanın “müharibə riski həmişə var” deməsi, həyasızlığın pik həddidir. Ermənistan həqiqətən də sülhsevər dövlətdirsə, öncə qoşunlarını Azərbaycan ərazisindən çıxarmalıdır. Daha donra, Azərbaycan ərazisində yaşayan erməniləri silahlandırmaqdan çəkinməlidir. Sülh sazişi imzalamalı, sərhədlərin delmitasiya və demarkasiya prosesinə başlamalıdır.

Bu bir həqiqətdir ki, Ermənistan hazırda İran da daxil olmaqla, Hindistan və daha bir neçə ölkədən müasir silahlar almağa başlayıb. Yeni dövlət büdcəsində isə hərbiyə sərf edəcək xərcləri isə 1 milyard dollara çatdırıb. Bunun özü Ermənistanın müharibəyə hazırlaşması deməkdir.

JAMAZ.İNFO

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.