SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İrəvandan daha bir təşviş: - “Türkiyə ilə Azərbaycan…”

İrəvandan daha bir təşviş: - “Türkiyə ilə Azərbaycan…”

Tarix:

19-06-2017, 12:35

/ 59 044 dəfə oxundu.
İrəvandan daha bir təşviş: - “Türkiyə ilə Azərbaycan…”

Azərbaycan və Türkiyə hərbi təlimləri haqda Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə açıqlama yayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan bu təlimlə Azərbaycanın beynəlxalq öhdəlikləri pozduğunu desə də, Bakının hansı beynəlxalq razılaşmanın hansı şərtlərini pozması barədə sübut gətirə bilməyib.

Qeyd edək ki, iyunun 12-dən 16-na qədər Naxçıvanda Azərbaycan-Türkiyə təlimi keçirilib. Bu təlim Ermənistanın ciddi narahatlığına səbəb olub. Erməni politoloqlar bununla Azərbaycanın hərbi üstünlüyünü artırdığını bildiriblər.

Bunun ardınca isə Ermənistan cəbhədə təxribat törətməyə cəhd göstərib. Təxribatın qarşısı alınarkən bir əsgərimiz şəhid olub, 6 erməni hərbçisi isə məhv edilib. Ermənilərin çoxsaylı ağır yaralıları İrəvan hospitalına yerləşdirilib.

Bu gün isə Azərbaycanın özü təkbaşına genişmiqyaslı təlimə start verib. Təlimə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunub.

Şərhlər

XƏBƏR LENTİ