"Bakıdan 5 nəfər gəlib... Naxçıvanda heç kimə etibar etmirlər..." - MR gömrüyündə HƏBSLƏR...
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Naxçıvan MR Gömrük Komitəsində əməliyyat keçirir. Əməliyyat nəticəsində on nəfərə yaxın şəxsin saxlandığı bildirilir. İddialara görə, saxlanılanların arasında Naxçıvan Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və onun müavinin Səbuhi Novruzov da var.
Səbuhi Novruzov Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun yeznısi, Səhət Həbibbəyli isə AMEA-nın sədri, akademik İsa Həbibbəylinin oğludur.
Xalqxeber.az bildirir ki, Naxçıvan Gömrük Komitəsindəki mənbənin "Gündəlik Naxçıvan"a bildirdiyinə görə, yoxlamalar iki gün əvvəlindən başlanıb:
“Yoxlamalar davam edir. Dünəndən işçilərini hamısını yığıblar Gömrük komitəsinə, onların bəziləri ilə əlaqə saxlamaq mümkün deyil. Nə baş verdiyini, kimin həbs olduğunu da açıqlamırlar. Yaxın admlardan alığım məlumata görə, artıq 10-a qədər adam həbs olunub.
Onların arasında komitə sədrinin və müavinin olduğu da deyilir. Əməliyyata Bakıdan gələn yüksək vəzifəli 5 nəfər DTX işçisi aparır. Onlar heç kimə etibar etmirlər. Muxtar respublikada yüksək vəzifəlilər, məmurlar arasında böyük qorxu yaranıb. Heç kim danışmaq istəmir. Onlar zəng edərkən də ehtiyatla danışırlar".
Məlumatı Naxçıvandakı digər mənbələrimiz də təsdiqləyib.
Bir müddət öncə Naxçıvan MR DTX-sı ləğv olunmuş, onun yerinə idarə yaradılmışdı. Yerli DTX-nın ləğv olunması yoxlamalara hazırlıq kimi dəyərləndirilirdi.
Son yoxlamalarla bağlı daha geniş məlumat verəcəyik.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək