XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Gəncədə “Mero” rəisi “ailə ansambılı”yaradıb - Rüşvət-Video

Gəncədə “Mero” rəisi “ailə ansambılı”yaradıb - Rüşvət-Video

Gəncədə “Mero” rəisi “ailə ansambılı”yaradıb - Rüşvət-Video
18-11-2022, 08:57

Ölkənin yeni daxili işlər naziri Vilayət Eyvazovun barəsində vətəndaş narazılığı olan polis idarə və şöbələrinin rəislərini işindən azad etməsi faktlarına tez-tez rast gəlinir. 


Turantv.az-in xəbərinə görə, yaxın günlərdə nazirin “qələmini sındıracağı” şəxslərdən biri də BDYPİ-nin 9 saylı Gəncə İmtahan-Qeydiyyat Şöbəsinin rəisi Eldar Əliyevdir.

Belə ki, adıçəkilən şəxslə bağlı DİN-nə daxil olan çoxsaylı şikayətlərlə yanaşı həm də rəis Eldar Əliyevin öz işçilərinin ciddi narazılığıdır.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə,  Eldar Əliyev şöbədə çalışan polis mayoru Arif Məmmədov  qarşısında bir sıra  qanunsuz tələblər qoymuş və istəyinə nail olmayınca adıçəkilən mayoru işlərdən kənarlaşdırmaqla hədələyib.
Belə ki,sovet maşınların texniki baxışı 30-70 manat,xarici maşınlar 90 manata qədər qaldırılıb.Sovet və xarici maşınları ada keçirtmək və rəsmiləşdirmək fantastik qiymətiə qaldırılıb.Bu sahəyə isə polis mayoru Arif Məmmədov rəhbərlik edir.
“Mero” rəisi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə bu qurumda qohumlarından ibarət Komanda təşkil etməkdən belə çəkinməyib.
Aldığımız məlumata görə Sözügedən 9 saylı Gəncə İmtahan-Qeydiyyat Şöbəsinin rəis Eldar Əliyevin qohumlarından ibarət dəstə “Mero”da ən gəlirli sahələrə nəzarət edir.
Məlumat üçün deyək ki,”Mero”-num Axtarış bölməsinə həyat yoldaşının dayısı polis mayoru Şahin Süleymanov rəhbərlik edir.
Avtomobillərin yeni bahalı nömrələrin verilməsi biznesinə isə həyat yoldaşının başqa dayısı Rövşən Süleymanov tapşırıb.

Gəncə “MERO”da  Eldar Əliyev 10 pəncərədən ibarət “Köhnələr” təşkil edib.Orada hər xırda əməliyyat 5 manata başa gəlir.Bu pəncərədən yığılan pullar işdən sonra Mero rəisi Eldar Əliyevə çatdırılır.
Sürücülük vəsiqəsi ilə də bağlı vəziyyət ürəkaçan deyil.Belə ki,polis mayoru Həsən Mirzəyev sürücülük vəsiqəsinə 1000-1200 manat “taska” qoyub.Bu şəxs deyir “Burda mənəm,Bağdadda kor xəlifə”.
Yəni bu adamın qardaşı FHN-in müavini Etibar Mirzəyevdir.

Ona görə bu “Prava kralı”nın heç bir dövlət qurumundan qorxusu yoxdur…

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Gəncə “Mero”sundaki qanunsuzluqla bağlı Həmən videonu sizə təqdim edirik.

Turantv.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.