“Azərsu”dan zəhərlənmədə milyonluq sensasiya: Dərman pulu hara gedib?
Sumqayıt şəhərində və Tağıyev qəsəbəsində 119 uşağın sudan zəhərlənməsi faktı yeni məqamların üstünü açıb
Məlumata görə, suyun tərkibinin təmizlənməsi üçün ayrılan pullar mənimsənilib.
Suyun təmizlənməsi üçün suyun tərkibinə vurulan dərman hər il xaricdən alınırmış. Bu il isə alınmayıb. Sən demə, "Azərsu" ASC-nin pulu yox imiş.
Ceyranbatan su anbarı hər il həmin dərmanlarla təmizlənirmiş. Bu il "Azərsu" ASC-nin pulu olmadığına görə dərman almayıb.
Nəticədə əhaliyə tərkibi təmizlənməyən su verilir. Uşaqların orqanizmi daha həssas olduğu üçün infeksiya onlarda özünü büruzə verib.
Əslində, əhalinin içməli su ilə təminatına milyardlar xərclənib. Elə bu il dövlət başçısının sərəncamı ilə 16 milyon manat ayrılıb.
Əlavə olaraq əkin sahələrinin suvarılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün daha 10,5 milyon manat ayırıb.
Toplam 26,5 milyon manat edir. Ötən illərdə modul tipli sutəmizləyici qurğulara və supaylayıcı məntəqələrə ayrılan pullar da havaya sovrulub.
Bundan başqa, su infrastrukturu o qədər köhnədir ki, krantlardan palçıqlı su gəlir. Bunlar qəzalar nəticəsində kənar suların içməli sulara qarışması nəticəsində baş verir.
Ciddi problem də su anbarlarının təmizlənməməsi məsələsidir. Yeni tikilən binaların da öz su anbarları var və vaxtında təmizlənmir. Hətta orada həşərat ölüləri var.
Məlumata görə, “Azərsu” ASC-də qurumun prezidenti Qorxmaz Hüseynovun iştirakı ilə toplantı keçirilib.
Tədbirdə hadisənin baş vermə səbəbləri, ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməməsi, nöqsanlar, bu işdə məsuliyyəti olan cavabdeh şəxslər və s. məsələlər müzakirə olunub.
Q.Hüseynov 119 uşağın zəhərlənməsi faktına görə medianın, ictimaiyyətin və müvafiq qurumların “Azərsu”nun üstünə gəldiyini söyləyib. Həmçinin, araşdırmalar aparılmasına göstəriş verib, operativ şəkildə ona məruzə olunmasını tələb edib.
Bu toplantıdan aydın olub ki, ayrılan pullar qeyri-şəffaf sərf edilib. Eyni zamanda "Azərsu" bunu özünün problemi kimi göstərməmək üçün bundan imtina edir. Beləliklə, ikili yanaşma yaranıb.
Gerçəyin harada olması ilə bağlı vətəndaşlar hələ də tərəddüd etməkdədirlər. Konkret problemin harada olduğu məlum olarsa, insanları problemdən qorumaq, həmin prossesdən çəkindirmək olar.
Əslində, maariflənmənin, ictimai bilgiləndirilmənin, informasiyalaşmanın da birinci səbəbi budur. İndiki halda hələ də konkret olaraq doğru təsbit qoyulmayıb ki, insanlar krantdan gələn sudanmı zəhərləniblər, yoxsa küçədə satın alınan sudan.
Bizə təhlükənin haradan gəldiyinin cavabını toplum hələ də bilmir. Təəssüf ki, ayrı yerə yönləndirmələr var.
Məsələn, "whatsapp"da kimsə səsli mesaj vasitəsi ilə əhalini çəkindirib ki, uşaqlarınızı su içməyə qoymayın. İndi informasiya yayılıb ki, bu şəxslər tapılıb cəzalandırılacaq. Halbuki o şəxslər tapılıb mükafatlandırılmalıdır ki, say artmadı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...