XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Gəncəni rəsmən XARABA QOYURLAR... - Niyazi Bayramov İŞ BAŞINDA!!!

Gəncəni rəsmən XARABA QOYURLAR... - Niyazi Bayramov İŞ BAŞINDA!!!

Gəncəni rəsmən XARABA QOYURLAR... - Niyazi Bayramov İŞ BAŞINDA!!!
17-11-2022, 09:32

 
Gəncənin Nəriman Nərimanov küçəsində yerləşən ikinci binanın sakinləri şikayət edir.


Sakinlər binanın qarşısında istirahət məqsədi ilə yaradılan parkın naməlum şəxslər tərəfindən qazıldığını deyirlər. Əvvəllər istirahət parkı olan ərazi sonradan dağıdılıb. Yerində İnşaat işləri məqsədi ilə qazıntı aparılıb. Sakinlər etimal edirlər ki, ərazidə hər hansı obyektin tikintisi nəzərdə tutulub. Sonra tikinti işləri də aparılmayıb, sakinlər də istirahət parkından məhrum olublar. Maraqlısı odur ki, bu problem nə bu günün, nə də dünənin problemidir.

Park ərazisi 12-il bundan öncə qazılıb. Lakin yarımçıq saxlanılıb. İndi sakinlərin istirahəti üçün nə park var, nə də uşaqların oynaması üçün ərazi. Bina sakinləri dəfələrlə aidiyyatı qurumlara müraciət etsələr də, problem aradan qaldırılmır.

Bina sakini Qiyafət Diləxşani: İllərdir bura qazılıb. Uşaqların oyun meydançası vardı, dağıtdılar. Biz yaşlılar oturub istirahət edirdik. İndi it, pişik leşlərini gətirib atırlar bura, iylənib qalır. Ərazi zibilxanaya çevrilib. Hələ JEK buranı təmizlətdirib. Pəncərəni açıb hava ala bilmirik. Üfunət qoxuyur.

Sakin Yasin Əlirzayev deyir ki, yayda üfunət iyinə görə 45 dərəcə tempraturda pəncərələri açmaq olmur. “İndi çəkirsiniz, qışdır. Yayda üfunət qoxusundan buradan keçmək olmur”, sakin belə narazılıq edir.

Belediyye.net-in məlumatına görə, qazıntı işləri keçmiş icra hakimiyyəti başçısının zamanında həyata keçirilib. Hazırda problemi həll edən qurum tapılmır.

Məsələ ilə bağlı yerli İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Lakin rəsmi qurum məsələyə münasibət bildirməkdən boyun qaçırdı.

Xalqxeber.az mövzu ilə bağlı Belediyye.net-in sujetini təqdim edir:

Məsələ ilə bağlı olaraq bütüb əlaqədar qurum və təşkilatları dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.