SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Xan"ın deputatı Siyavuş Novruzova "xan"ın baş akademiki İsmayıl Hacıyevdən anlamlı cavab - İLGİNC

"Xan"ın deputatı Siyavuş Novruzova "xan"ın baş akademiki İsmayıl Hacıyevdən anlamlı cavab - İLGİNC

Tarix:

14-11-2022, 09:15

/ 342 dəfə oxundu.
"Xan"ın deputatı Siyavuş Novruzova "xan"ın baş akademiki İsmayıl Hacıyevdən anlamlı cavab - İLGİNC

"Naxçıvanın baş akademiki İsmayıl Hacıyev 2021-ci ildə AMEA-nın rəsmi saytına verdiyi müsahibəsində deputat Siyavuş Novruzovun və AMEA prezidenti İsa Həbibbəylinin yalan dediklərini, əksinə Naxçıvanın indiki statusunun Moskva və Qars müqavilələrinə zidd olduğunu təsdiqləyir". DİA.AZ bildirir ki, bu paylaşımla tanınmış jurnalist Heydər Oğuz çıxış edib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev həmin müsahibədə deyib:

“1921-ci ilin fevral-mart aylarında Moskvada Rusiya-Türkiyə konfransı keçirilmiş və yekun olaraq qeyd etdiyiniz kimi, 16 mart 1921-ci ildə "Dostluq və qardaşlıq haqqında" Moskva müqaviləsi 16 maddədən və 2 əlavədən ibarət qəbul edilmişdi. Müqavilənin 3-cü maddəsinə əsasən belə bir qərar qəbul edildi ki, Naxçıvan vilayəti bu müqavilənin 1(C) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir”.
Göründüyü kimi, burada söhbət hansısa respublikadan, dövlətdən getmir, sadəcə muxtar ərazidən bəhs olunur. Naxçıvanın Konstitusiyasına görə isə bu bölgə Muxtar dövlətdir. Yəni Naxçıvanın indiki statusunun özü əslində Moskva müqaviləsi ilə ziddiyyət təşkil edir.
İsmayıl Hacıyev həmçinin etiraf edir ki, Qars müqaviləsi də Moskva müqaviləsinin bu tələblərinə əsaslanır və faktiki olaraq Rusiya Naxçıvan üzərindəki iddialarından vaz keçir:
“Naxçıvanın statusu məsələsi Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə müəyyən edilmişdi. Həmin müqavilədə Naxçıvanın statusunda 3 mühüm məsələ yer almışdı:
1. Naxçıvana muxtariyyət statusu verilir.
2. Naxçıvan Azərbaycanın himayəsi altında olmalıdır.
3. Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcək.
...Qars müqaviləsi ilə təsdiq edilmiş Naxçıvanın muxtariyyət statusu Moskva müqaviləsindəki 3 məsələdən bir qədər fərqlidir. Müqavilədə yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi - bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdu. Müqavilənin bu maddəsində göstərilirdi ki, "Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər".

Gəlinən nəticə

Naxçıvanın muxtar statusu ləğv olunarsa, bu gün öz başının hayına qalan Moskvanın Azərbaycana etiraz etməyə hüquqi baxımdan da haqqı çatmır. Ermənistanın isə Naxçıvanın taleyinə qərar verməsi siyasi baxımından qəbul edilə bilməz. Hər halda ölkəmizdə Siyavuş Novruzovdan başqa heç kim bu absurd və ermənipərəst iddiaları dilə gətirmir, gətirə də bilməz.

Müsahibə burada: Qars müqaviləsi və Naxçıvanın statusu

Şərhlər

XƏBƏR LENTİ