SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Çin Karqo” şirkətində 12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir

“Çin Karqo” şirkətində 12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir

Tarix:

10-11-2022, 13:50

/ 465 dəfə oxundu.
“Çin Karqo” şirkətində 12 noyabr - Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdir

12 noyabr - Konstitusiya Günü ilə əlaqədar olaraq, “Çin Karqo” şirkətində tədbir keçirilib. Şirkətin konfrans zalında keçirilən dəyirmi masada sahibkarlar, tanınmış iş adamları və media nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan tanınmış, nüfuzlu iş adamı həmçinin “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov qeyd etmişdir ki, bu gün müstəqil Azərbaycan dövlətinin tarixində mühüm hadisənin, ölkəmizin qanunvericilik sisteminin əsasını təşkil edən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 27 il ötür. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan  və 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. 1978-ci ilin aprelin 21-də qəbul edilmiş Azərbaycanın Konstitusiyasında böyük Heydər Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsində təsbit olunmasına nail olmuşdu. Bu, totalitar rejimdə nailiyyət idi.
Xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmağa başladı. Qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yarandı.
Heydər Əliyev Konstitusiyasında  hakimiyyət bölgüsü – ali icra, qanunvericilik və  məhkəmə hakimiyyəti bərqərar olundu.
Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan Əsas Qanundur.
Müəllifinin böyük Heydər Əliyev olduğu Konstitusiyamız sosial yönümlüdür. Təsadüfi deyil ki, Konstitusiyanın maddələrinin üçdə birindən çoxunda insan hüquq və azadlıqlarına geniş yer verilmşdir. Bu, ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Bu gün Azərbaycan cənab prezident İlham Əliyevin  qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycanda bütün fundamental azadlıqlar təmin edilibdir. Azərbaycan son 19 il ərzində iqtisadi sahədə ən sürətli inkişaf templərini nümayiş etdirib. Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır, xarici kreditlərdən asılı iqtisadiyyat deyil.
Bu Konstitusiya günündə  hər bir vətəndaşımız qürur duyur ki, Dünya Bankının  hesabatında  Azərbaycan islahatçı dövlət siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan  olunmuşdur. Dünyanın qabaqcıl dövlətləri sırasındayda qərarlaşan ölkəmiz dinamik sosial- iqtisadi inkişafın parlaq göstəricisinə nail olub. Bu, çox böyük nailiyyətdir. Bu uğurların bazasında böyük Heydər Əliyevin həyat verdiyi Konstitusiyamız dayanır.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanın qlobal proseslərdəki rolunun və beynəlxalq nüfuzunun gündən-günə artdığını bir daha təsdiqləyir. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ilə bağlı qeyd edib: “Qoşulmama Hərəkatının sədriliyinin Azərbaycana həvalə edilməsi ölkəmizə göstərilən hörmətin, inamın və ehtiramın təzahürüdür”.
12 noyabr - Konstitusiya Günü münasibətilə keçirilən dəyirmi masanı yekunlaşdıran “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov qeyd etmişdir ki, ölkə tarixinin mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir. Təməli Heydər Əliyev tərəfindən qoylmuş səmərəli dövlət siyasətini ardıcıl olaraq uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin müstəqil dövlət quruculuğu istiqamətindəki nəzəri və praktiki irsinə qiymət verərək demişdir: “1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi tarixdə qalacaqdır. Çünki məhz o illərdə dövlətçiliyin əsasları qoyuldu, Heydər Əliyev tərəfindən yaradılan bu əsaslar hazırda Azərbaycan xalqına yol göstərir”.
Milli dövlətimiz durduqca, ümummilli lider Heydər Əliyevin nurlu ideyalarından və ümumbəşəri dəyərlərdən yoğrulan Azərbaycan Konstitusiyası və azərbaycançılıq məfkurəsi dövlətimizin gələcək inkişafı və tərəqqisi yoluna daim işıq salacaqdır.
Xalqımızın  ümummilli  liderimiz Heydər Əliyev yoluna, bu yolu uğurla və zamanın tələblərinə uyğunlaşdıraraq yüksək bacarıqla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevə inamı əbədidir, dönməzdir.

Şərhlər

XƏBƏR LENTİ