SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Sehirli Naftalan"ın açılmayan SEHRİ... - İLGİNC İDDİA

"Sehirli Naftalan"ın açılmayan SEHRİ... - İLGİNC İDDİA

Tarix:

9-11-2022, 11:42

/ 492 dəfə oxundu.
"Sehirli Naftalan"ın açılmayan SEHRİ... - İLGİNC İDDİA

 
62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovun şərikli sanatoriya tikdirdiyi deyilir.

Xalqxeber.az bildirir ki, "Arqument.az"a verilən məlumata görə, idarə müdirinin şəriki "Sehirli Naftalan" sanatoriyasının rəhbəridir.

Onların eyni zamanda quda olduğu bildirilir.

Məlumata görə, "Sehirli Naftalan" sanatoriyasının yanında yeni inşa edilən sözügedən 3 mərtəbəli sanatoriyanın tikintisi zamanı 62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin texnikalarından istifadə olunub.

Artıq istifadəyə verilən yeni sanatoriya kompleksinin qanunsuz olduğu iddia edilir. Belə ki, bu kompleksin Dövlət Şəhərsalma və Arxitektura Komitəsində fərdi ev kimi qeydiyyata alındığı, lakin sanatoriya kimi fəaliyyət göstərdiyi bildirilir.

Digər maraqlı məqam isə fərdi ev kimi dövlət komitəsində qeydiyyata alınan obyektin tibbi vannaların qoyulması və naftalan nefti xətti ilə təchiz olunmasıdır.

Tibbi xidmət yönümlü sanatoriyaların naftalan nefti ilə təmin olunması Səhiyyə nazirliyinin verdiyi xüsusi lisenziya ilə mümkündür.

Bu cür lisenziyaların fərdi evlərə yox, yalnız tibbi xidmət göstərən, tələb olunan standartlara cavab verən müəssisələrə verilir.

62 saylı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Cavid Qurbanova yaxın şəxslərdən sayılır. Onların həm də həmyerli və qohum olduqları deyilir.

Məsələ ilə bağlı Naftalan Şəhər Yol İstismar İdarəsinin müdiri Firdovsi Qafarovdan, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən və Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Şərhlər

XƏBƏR LENTİ