SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Jurnalist Çingiz Səfərli: “Kontakt Home”dan məhsul almaq istəyərkən dəfələrlə düşünün və oradan heç bir şey almayın

Jurnalist Çingiz Səfərli: “Kontakt Home”dan məhsul almaq istəyərkən dəfələrlə düşünün və oradan heç bir şey almayın

Tarix:

2-11-2022, 11:22

/ 526 dəfə oxundu.
Jurnalist Çingiz Səfərli: “Kontakt Home”dan məhsul almaq istəyərkən dəfələrlə düşünün və oradan heç bir şey almayın

Bir müddət əvvəl "Kontakt Home”un İnşaatçılar filialından aldığım “Samsung A23” markalı mobil telefonu kamerasının zəif olması və batereyasının yaxşı saxlamaması səbəbindən qaytarıb, başqa bir model telefon götürmək istədim. Amma görün başıma nə oyun açdılar. Səbrlə oxuyun, paylaşın ki, başqaları da bu "maşennik"lərin fırıldaqlarından xəbərdar olsunlar.

Əslində “Samsung A32” model telefon almaq istəyirdim. Onun çəkilişi qane etmişdi. Lakin mağazanın satıcısı A23 modellərinin daha yeni və eyni parametrlərə sahib olduğunu bildirdikdən sonra həmin modelin daha münasib olduğuna inanaraq aldım və məhsulun kamerasını yenidən yoxlamağa ehtiyac duymadım.

Məhsulu aldıqdan bir müddət sonra çəkilişin zəif olduğunu və aldadıldığımı başa düşdüm. İnternetdə araşdırma apararkən “Samsung A32” markalı telefonun 64, “A23”ün isə 50 meqapiksel foto çəkmək xüsusiyyətinə malik olduğunu öyrəndim. Eyni zamanda telefonun batareyasının da enerjini yaxşı saxlamadığını müşahidə etdim və bu səbəblərdən də məhsulu mağazaya qaytarmaq qərarına gəldim.

Mağazada məni "ekspertə yönləndiriblər. Həmin şəxs 10 dəqiqəyə yaxın əski ilə telefonu sildikdən sonra cavab verdi ki, bəs məhsulda guya nöqtə və cızıq aşkarladığı üçün bunu geri götürə və ya başqa bir model telefonla dəyişdirə bilməzlər. Beləliklə, adi gözlə görünməsi mümkün olmayan bir nöqtəyə görə mağazadan rədd cavabı aldım.

Bu zaman mağazanın müdiriyyətinə “İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu xatırlatdım və göstərdikləri səbəbin əsassız olduğunu bildirdim. Onlar isə dedilər ki, hara istəyirsən şikayət edə bilərsiniz. 

Qeyd edim ki, məhsul alınan gündən etibarən qoruyucu üzlük və qoruyucu örtük taxılıb. Göstərilən səbəblər isə tamamilə uydurma və məhsulu geri götürməmək üçün irəli sürülən bəhanədən başqa bir şey deyil. 

Əslində isə qanun nə deyir?

“İstehlakçı hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Resoublikasının qanunun 7-ci maddəsinin (“Qüsuru olan mal satılarkən istehlakçının hüquqları”) 1-ci bəndində qeyd olunur ki, istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:

lazımi keyfiyyətli mala dəyişdirməyi;

satış qiymətini uyğun məbləğdə azaltmağı;

malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;

malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;

müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur.

3. İstehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.

Məsələ mediada, sosial şəbəkələrdə işıqlanandan sonra şirkətin bir əməkdaşı zəng etdi və bildirdi ki, guya müştəri məmnuniyyəti onlar üçün önəmli olduğundan köməklik göstərəcəklər. Və yenidən məni mağazaya yönləndirdi. Bu gün bir də mağazaya getdim və həmin "ekspert" məhsulun azı 25 faiz məbləğinin tutulması şərtilə onu geri götürə biləcəklərini söylədi. Telefonu da guya başqa mağazalarında ikinci əl məhsul kimi satacaqmışlar.

Biabırçılığın həddinə baxın ki, 14 gün müddətində geri götürməli olduqları məhsulu hələ bir məndən cərimə məbləği tutaraq geri almaq istəyirlər. Özü də nə az, nə çox azı 25 faizini...

Ümid edirəm ki, bu "ggəda idarəçilik sistemi" çərçivəsində fəaliyyət göstərən bu şəbəkənin ömrü çox da uzun olmayacaq.

Şirkətin qanunvericiliyimizə məhəl qoymamasını, istehlakçılara bu cür münasibətini nəzərə alıb, “Kontakt Home”dan məhsul almaq istəyərkən iki və daha çox dəfə düşünün və oradan heç bir şey almayın!!!

Şərhlər

XƏBƏR LENTİ