XalqXəbər.Az

www.XALQXEBER.az » Gündəm » Vidadi Zeynalov və “komandası”nın azadlığa çıxması mümkündür?

Vidadi Zeynalov və “komandası”nın azadlığa çıxması mümkündür?

Vidadi Zeynalov və “komandası”nın azadlığa çıxması mümkündür?
15-06-2017, 13:18

Hüquqşünas: “Yayılan məlumatların əsassız və absurd olduğunu düşünürəm”
“Qanunvericilik baxımından ağır cinayətlərdə ittiham olunan şəxslərin dəyən ziyanı ödəmək şərti ilə azadlığa buraxılması mümkün deyil”.
Bu sözləri hüquqşünas Xəyal Bəşirov milyonlarla dövlət vəsaitini mənimsəyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs olunan vəzifəli şəxslərinin həbsdən azad olunacaqları məlumatına münasibət bildirərkən açıqlamasında qeyd edib.
Uzun zamandır cəmiyyət içində belə bir söz-söhbət dolaşmaqdadır ki, dövlətə dəyən ziyanı ödəmək şərti ilə milyonlarla dövlət vəsaitini mənimsəyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs olunan vəzifəli şəxsləri həbsdən azad olunacaqlar. Bu gün isə yayılan məlumatda bildirilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyaları Nazirliyi sabiq vəzifəli şəxslərə qarşı iddiadan imtina edib. Qanunvericiliyə görə ağır cinayətlərdə ittiham olunan bu şəxslərin dəyən ziyanı ödəmək şərti ilə həbsdən azad olunmaları mümkündürmü?
Əməkdaşımız hüquqşünas Xəyal Bəşirovun fikirlərini öyrənib.
Xəyal Bəşirov: “Vurulan ziyanı ödəmək məhkəmə tərəfindən təyin olunan cəzalarda yüngülləşdirici hal kimi nəzərə alına bilər”.
Milyonlarla dövlət vəsaitini mənimsəyən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs olunan vəzifəli şəxslərinin həbsdən azad olunacaqlarının gözlənilənolmadığını bildirən hüquqşünas Xəyal Bəşirova görə, onların vurduqlari ziyanı ödəmələri yanlız yüngülləşdirici hal kimi qiymətlənirilə bilər:
“Əslində yayılan məlumatın nə dərəcədə səhih olub-olmadığını deyə bilmərəm. Mənə elə gəlir ki, bu məlumatlar ancaq söz-söhbətdən ibarətdir. Lakin qanunvericilik baxımından ağır cinayətlərdə ittiham olunan şəxslərin dəyən ziyanı ödəmək şərti ilə azadlığa buraxılması mümkün deyil. Çünki onların vurduğu ziyanı ödəmələri cinayət məsuliyyətindən azad etmək üçün əsaslı səbəb sayılmır.
Sadəcə olaraq, vurulan ziyanı ödəmək məhkəmə tərəfindən təyin olunan cəzalarda yüngülləşdirici hal kimi nəzərə alına bilər. Buna görə də yayılan məlumatların əsassız və absurd olduğunu düşünürəm”.

pia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.