DEPUTAT MAHİR ABBASZADƏ ŞİRKƏTİNİN ADINI DƏYİŞİB YENİ BİZNESƏ GİRİŞDİ – İLGİNC YEYİNTİ
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru, deputat Mahir Abbaszadə iki il əvvəl “Qaçqınkom”un 15 milyonluq sifarişini öz şirkətinə – “AZ.İNŞAAT-M.V.” MMC-yə vermişdi. Şirkət Gürcüstanda da qeydiyyatdan keçib.
Lakin məsələ faş olanda deputat susdu, ara sakitləşincə ağıllı tərpənib izi itirmək üçün şirkətin adını, qeydiyyat ünvanını və qanuni təmsilçisini dəyişdi. TİA.Az jurnalist Cavanşir Həsənliyə istinadla bildirir ki, indi şirkət yeni adla öz qeydiyyat tarixini və VÖEN nömrəsini qoruyub saxlayır. “MERCURY CONSTRUCTİON” MMC-nin qeydiyyat məlumatlarında onun VÖEN nömrəsinin 2901066351 saylı olduğu məlum olur.
Bu nömrə “AZ.İNŞAAT-M.V.” MMC-nin VÖEN nömrəsidir. Hər iki şirkətin qeydiyyat tarixi 23.01.2007-ci il göstərilir. Dəyişikliklər reyestrdən bu il yanvarın 13-də verilmiş son çıxarışa əsasən aparılıb. “Qaçqınkom” indi bina tikə bilmir. Amma adını dəyişmiş 10 manatlıq şirkət artıq bu il ikinci dəfədir ki, MİDA-dan (Mənzil İnşaatı Dövlət Agentliyi) iri məbləğdə tender sifarişi əldə edib.
Birinci sifarişin məbləği 9 milyon manata yaxındır.
Yeri gəlmişkən, Mahir Abbaszadənin şəriki onun rəhbərlik etdiyi fondda müavini Vüqar İmranovdur.
TİA.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək