SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT

ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT

Tarix:

22-10-2022, 22:32

/ 552 dəfə oxundu.
ABU-nun sabiq rektorunun oğlunun ermənilərlə "iş birliyi" - FOTOFAKT

ABU-nu  sabiq rektoru, vətənini sataraq Avropaya sığınan Elşad Abdullayevin Azərbaycanın Fransadakı səfirliyinə ermənilər tərəfindən edilən hücumda əli olduğu haqda faktlara söykənən yazı yayımladıq. Bu yazıda Abdullayevin Fransa səfirliyinə hücumda iştirak edən şəxslərlə daha öncədən görüşdüyü haqda Avropadakı etibarlı mənbələrimizdən məlumat da daxil oldu. Aydındır ki, Elşad Abdullayev uzun illər ərzində Azərbaycan Beynəlxalq Universitetində tələbələrin, gənclərimizin haqqını yeyərək milyonlara sahib olduqdan sonra, ölkəsi haqda da qarayaxma kampaniyalarında iştirakdan çəkinməyib və öncədən planlı şəkildə çəkdirdiyi məlum videoları yayaraq Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışıb. Mənfur planı fiaskoya uğradıqdan və özünün ifşa edildiyini gördükdən sonra isə vətəninə xəyanət yolunu seçərək Fransaya sığınıb. Abdullayevin burada da sakit dayanmadığı və Azərbaycana qarşı mənfur düşmənlərimizlə birləşdiyi göz qabağındadır. Bunu sübuta yetirən yazılar yerli mediada dəfələrlə dərc edilib. Amma görünən odur ki, Elşad Abdullayevə bu işdə özündən geri qalmayan oğlu Elşən Abdullayev də ciddi dəstək verir.

Gündəmtv.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, oğul Abdullayev də atası kimi mənfur düşmənimiz olan ermənilərə xüsusi simpatiyası ilə seçilir. Necə deyərlər, Belə ki, 1987-ci il təvəllüdlü Elşən Abdullayevin 1961-ci ildə Bakıda doğulan erməni əsilli Şaxramanova Susanna Şaqenovna ilə əlaqələrinin olmasına dair fotolar redaksiyamıza göndərilib. Əldə etdiyimiz məlumata görə, 2014-cü il dekabrın 27-də tərəflər arasında boc müqaviləsi imzalanıb və oğul Abdullayev erməni qadına hazırkı məzənnə ilə təxminən 72 min ABŞ dolları borc verib. Həmin sənədə hər iki tərəfin qol çəkməsinə və şəhərin notariusu Tatyana Kuzovkova Nikolayevnanın möhür vurmasına dair fotolar da mövcuddur.

Bütün bunlar Elşad Abdullayev kimi oğlu Elşən Abdullayevin də vətəninə qarşı xəyanət yolunu tutduğunu, həmçinin mənfur düşmənlərimizlə sıx iş birliyi yaratdığını sübuta yetirir. Elşən Abdullayev nəinki Azərbaycana, həmçinin vətəndaşı olduğu Rusiya Federasiyasına qarşı da xəyanət yolunu tutaraq əsl simasını ortaya qoyur. Belə ki, qanunla 35 yaşlı Rusiya vətəndaşı Elşən Abdullayev Rusiyadakı səfərbərliyə qoşulmalı və müharibədə iştirak etməli olduğu halda, bundan yayınır. Doğulduğu vətəni Azərbaycana qarşı xəyanət yolunu tutan Elşən Abdullayevdən bundan başqa bir şey gözləmək də doğru deyil. Odur ki, Rusiyanın hüquq mühafizə orqanları ayıq-sayıq olmalı və Elşən Abdullayevin ordudan yayınmaq və ölkədən çıxmaq kimi niyyətlərinin qarşısını almaq üçün əlindən gələni etməlidir.

Gündəmtv.az




Şərhlər

XƏBƏR LENTİ