SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Daşkəsən və Kəlbəcərdəki mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU

Daşkəsən və Kəlbəcərdəki mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU

Tarix:

20-10-2022, 09:22

/ 332 dəfə oxundu.
Daşkəsən və Kəlbəcərdəki mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU

 
Oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şərhlər

XƏBƏR LENTİ