SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur

ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur

Tarix:

16-10-2022, 12:55

/ 922 dəfə oxundu.
ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. Bu mötəbər tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda çıxış edib.

Öz çıxışında bir sıra məqamlara toxunan ölkə başçısı 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan vəziyyət, bu ilin sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlıtoqquşmalar və onların səbəbləri, bir sıra dövlətlərin ölkəmizin haqq işinə biganəliyi, işğalçı dövləti açıq-aşkar müdafiə etmələrindən danışmışdır. Bildirilmişdir ki, 28 il ərzində ATƏT-ni Minsk Qrupunun fəaliyyəti sıfıra bərabər olub.Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Belə münasibətlə razılaşmayan Azərbaycan münaqişəni özü həll edib.
Düşmənin məğlub edilərək kapitulyasiya aktına imza atmasına baxmayaraq Ermənistan yenə öz işğalçı siyasətindən əl çəkməyib. Dəfələrlə iki dövlət arasındakı sərhəddə atəşkəsinpozulması hallarına yol verilib və nəhayət sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində yenidən silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri isə Azərbaycana qarşı aparılan terrordur. Bu zaman yenə də Müzəffər Azərbaycan Ordusu düşmənə ağır zərbələr endirərək onu geri oturtmağa nail oldu.

Ölkə başçısı içğaldan azad edilən və eləcə də sərhədyanı ərazilərdə yaşanan minaproblemlərini bir daha dövlət rəhbərlərinin nəzərinə çatdırdı. Bildirildi ki, azad edilən ərazilərdə Ermənilər 1 milyon mina basdırıblar. Bu gün də mina və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Son aylar ərzində sərhəd zonasında Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb.

Toplantıda Erməni vandalizminə xüsusi olaraq toxunulub. İşğal dövrü ərzində on min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasıAzərbaycan xalqına və bütün müsəlman dünyasına qarşı ifrat dərəcədə nifrətdən xəbər verir.
Ölkə başçısı həm də oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüş barədə məlumat verildi.Bildirildi ki, bugörüşün nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub. Bu missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir.

Prezident İlham Əliyev bir daha vurğuladı ki, artıqATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur.

Son vaxtlarda Fransa prezidenti və bu ölkənin digər dövlət xadimlərinin Azərbaycanla bağlı qərəzli çıxışlarına toxunan ölkə başçısı bildirdi ki,  “Bundan sonra Fransa hökumətinin bu cür münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”.Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edib. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Bu yolverilməzdir.
Eyni zamanda Fransanın xarici işlər naziri Azərbaycanın əleyhinə yalan bəyanatlar verib, Fransa Senatı və aşağı palata İkinci Qarabağ müharibəsi dövründə qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul ediblər. Noyabrın ortalarına Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamə hazırlanır. Təəssüf ki, Fransanın indiki rəhbərliyi əvvəlkilərdən fərqli olaraq, bütün uğurlu əməkdaşlıq təcrübəmizin üstündən xətt çəkdi.
Prezident İlham Əliyev öz çıxışında qətiyyətlə bildirdi ki, Qarabağ Azərbaycandır və Qarabağın erməni əhalisinin hüquqları və təhlükəsizliyi Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcək. Azərbaycan öz daxili məsələləri heç bir tərəflə müzakirə etməyəcəkdir.
 
İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Şərhlər

XƏBƏR LENTİ