Gömrükdə BAĞIROVŞİNA... - Mehdiyevə ŞÜKÜR...
"Şahin Bağırov Dövlət Gömrük Komitəsinin rəhbərliyinə gələndən sonra demək olar ki, heç nə dəyişməyib. Yenə də köhnə qaydalardır. Sadəcə, dünənə qədər Səfər Mehdiyevin adamları pul yığırdısa, indi eyni işi Şahin Bağırovun adamları görür". DİA.AZ bildirir ki, bu barədə sahibkarlardan biri redaksiyamıza müraciətində qeyd edir. Hələ də gömrüklə "əməkdaşlığının" davam etdiyini və biznesindən ehttiyat etdiyini deyən sahibkar adının açıqlanmamasını xahiş edir.
"Qələm onların əlindədir. İstdəikləri vaxt problem yarada bilərlər. Mənim elə gücüm yoxdur ki, bunlarla davaya çıxım. Nə istəyirlər, quzu balası kimi verirəm. Ona gərə də sizə bildirirənm: "Dəyişiklik var" deyənlər yalan deyir..." deyə bildirən narazı sahibkar hətta Səfər Mehdiyevin dövründə vəziyyətin daha yaxşı olduğunu da dilə gətirir.
Xatırladaq ki, dia.az olaraq gömrükdəki vəziyyətin dəyişməz olduğ\u haqda keçən günlərdə də faktları təqdim etmişdik:
Səfər Mehdiyevin məşhur `RAMAL TRANS`ı yenə də İŞ BAŞINDADIR - İLGİNC FAKTLAR My Webpage
İndi isə etiraz edən narazı sahibkar hətta Səfər Mehdiyevin dövründə daha yaxşı vəziiyətin olduğunu bildirir:
"Səfər Mehiyevin dövründə artıq hər şey "relsə oturmuşdu". Kimə nə qədər verəcəyimizi yaxşı bilirdik. İndi təzə gələnin necə olacağını bilmədiyimzdən aradakıl dəllallar 5 manatlıq işi 15 manata görürlər. Guya, risq eləmirik təzəyə söz deməyə.... Amma təzəsi köhnsəindən betər yığır..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...