Bu da Əmrullayevin TENDER OYUNBAZLIĞI - Dövlətin milyonları...
Elm və Təhsil Nazirliyinin keçirdiyi tender müsabiqəsinin qalibi “Element YT” Qapalı Səhmdar Cəmiyyəti olub.
Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, nazirliyin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yanğın mühafizə sistemlərinin alınıb-quraşdırılması xidmətinə görə “Element YT” QSC-yə 15 milyon 144 min 749 manat 40 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 2 min manat nizamnamə kapitalı olan “Element YT” QSC-nin qanuni təmsilçisi Paşayev Mətləb Allahverdi oğludur. Şirkət 16 yanvar 2016-ci ildə dövlət qeydiyyatına alınıb.
Qeyd edək ki, ötən günə (7 oktyabr) olan məlumata görə, “Element YT” QSC-nin dövlət büdcəsinə 226 manat 13 qəpik vergi borcu var.
Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...