XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Ağalar Vəliyevin betonqarışdıranları səhərə qədər SƏS SALIR... - NARAZILIQ VAR!

Ağalar Vəliyevin betonqarışdıranları səhərə qədər SƏS SALIR... - NARAZILIQ VAR!

Ağalar Vəliyevin betonqarışdıranları səhərə qədər SƏS SALIR... - NARAZILIQ VAR!
29-09-2022, 18:21

 
Abşeron rayon Xırdalan şəhər Mehdi Hüseyn küçəsinin sakinləri yaxınlıqda yerləşən “CRYSTAL Beton” zavodunun gecələr fəaliyyət göstərməsindən narazıdılar.

Xalqxeber.az-ın məlumatına görə, Yeniavaz.com-a müraciət edən sakinlər bildirirlər ki, zavod səhər saatlarına qədər fəaliyyət göstərir.

Onlar bu halın yatmağa imkan vermədiyini və zavoddan çıxan toz-torpağın təmizlik problemlərinə, ciddi xəstəliklərə səbəb olduğunu deyirlər.
Sakinlərin sözlərinə görə məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nəticəsi olmayıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.