Ağalar Vəliyev bu işdə də BİRİNCİDİR... - İLGİNC SİYAHI
Fərqli açıqlamaları ilə gündəmə gələn Milli Məclisin deputatlarının parlamentin iclasında aktivlikləri hər zaman müzakirə mövzusu olub.
Xalqxeber.az Yenicag.az-a istinadla xəbər verir ki, özlərinə “susqun deputatlar” yarlığını layiq görən parlament təmsilçilərinin Milli Məclisin 81 iclası (10.03.2020-30.12.2021) ilə bağlı yeni siyahısı hazırlanıb.
Meclisinfo-nun Milli Məclisin rəsmi saytında qeyd olunan stenoqramlara əsasən hazırladığı siyahıda ilk beşliyin adlarını təqdim edirik:
1. Yeni Azərbaycan Partiyasına mənsub olan, qeydiyyatda olduğu 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Ağalar Vəliyev parlamentdə sonuncu dəfə 2019-cu ildə çıxış edib.Görünür, “Kristal Abşeron” MTK-nın sahibi Ağalar Vəliyevin başı təmsilçisi olduğu vətəndaşlara deyil, “tikinti” işlərinə qarışdığından Milli Məclisdə çıxış etməyi o qədər də vacib saymır.
2. 2020-ci ildən etibarən 3 saylı Quba-Qusar seçki dairəsinin deputatı vəzifəsini yerinə yetirən Anatoliy Rafailov da son 2 ildə parlamentdə heç bir çıxış etməyib.Qeyd edək ki, deputat həm də “Sağlam ailə” MMC-nin səyyar tibbi xidməti üzrə müdiridir.
3. 2 ildir 27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı vəzifəsini yerinə yetirən Yeni Azərbaycan Partiyasına mənsub Əliabbas Salahzadə də seçildikdən bəri heç bir çıxış etməyib.
4. YAP-dən 1995-ci ildən bəri deputat olan İmamverdi İsmayılov da ötən iki il ərzində keçirilən 81 plenar iclasın heç birində çıxış etməyib.
5. 7 dəfə ardıcıl deputat seçilən Madər Musayev, deyəsən, bitərəfliyinə görə Milli Məclisin bütün iclaslarında susmağı üstün tutur.
Göründüyü kimi, adı çəkilən deputatlar müxtəlif biznes sahələrilə məşğul olduqlarından seçildikləri dairələrdəki vətəndaşların problemlərini dilləndirməyə, heç olmasa, parlament iclaslarında danışmağa belə vaxt və imkan tapmırlar. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...