"Oktyabrda Zəngilan hava limanının açılışı olacaq" - Ərdoğan
Ermənistanın Azərbaycana qarşı təxribatlarından əl çəkməsi, əvvəllər götürdüyü öhdəliklərə uyğun hərəkət edərək mümkün qədər tez sülh və əməkdaşlığa diqqət yetirməsi olduqca əhəmiyyətlidir.
Xalqxeber.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, arzumuz regionumuzda aparılan normallaşma proseslərini uğurla başa çatdırmaq, regional sülh və sabitliyi daimi olaraq təmin etməkdir. Bütün region ölkələrinin Qarabağ mövzusunda Azərbaycanın ərazi bütövlüyünə qeyd-şərtsiz və güclü dəstək verməsi vacibdir.
Rəcəb Tayyib Ərdoğan oktyabrda Zəngilan Beynəlxalq Hava Limanının açılacağını da bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin dəvəti ilə oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...