SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sumqayıt şəhər 11 nömrəli orta məktəbdə nələr baş verir? - Vətəndaş şikayəti

Sumqayıt şəhər 11 nömrəli orta məktəbdə nələr baş verir? - Vətəndaş şikayəti

Tarix:

16-09-2022, 15:22

/ 1 636 dəfə oxundu.
Sumqayıt şəhər 11 nömrəli orta məktəbdə nələr baş verir? - Vətəndaş şikayəti

Öncədən bildirirəm ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə inklüziv təhsilin inkişafına yaradılan süni maneələr və üzləşdiyim haqsızlıqlarla bağlı, müxtəlif qurumlara etdiyim müraciətlərə baxılmadığı üçün müraciətimin geniş oxucu kütləsinə malik, nüfuzlu saytınızda  işıqlandırılmasını Sizdən xahiş edirəm.
Möhtərəm İlham Əliyev Cənabları tərəfindən uğurlu siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır. Əfsuslar olsun ki, bəzi özbaşına məmurlar bu inkişafa suni maneələr yaratmaq xülyasına düşüb.
​01.10.2006-cı ildən inklüziv təhsil üzrə fəaliyyətə başlayan inklüziv təhsil üzrə müddətsiz əmək müqaviləsi ilə tərbiyəçi-müəllim köməkçisi vəzifəsinə keçirilmişəm. Ailə həyatı qurduqdan sonra 27.12.2016 və 18.07.2019-cu il tarixlərində övladlarımın dünyaya gəlməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada sosial məzuniyyətə çıxmışam.
​Azərbaycan Respublikasının keçmiş Prezidenti, Mərhum Ümummilli Lider Heydər Əliyev Cənabları 05 iyun 2001-ci il tarixli, № 136-IIQ  qanun imzalamışdır.
​Sonradan bu təhsil layihəsi pilot layihə kimi Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə tətbiq edilməyə başlayan zaman 01.10.2006-cı ildən inklüziv təhsil müddətsiz əmək müqaviləsi ilə inklüziv təhsil üzrə tərbiyəçi-müəllim köməkçisi vəzifəsinə keçirilmişəm. Ailə həyatı qurduqdan sonra 27.12.2016 və 18.07.2019-cu il tarixlərində övladlarımın dünyaya gəlməsi ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada sosial məzuniyyətə çıxmışam.
​Sosial məzuniyyətdən qayıtdıqdan sonra mən öz işimə davam edə bilmirəm. Bununla bağlı məktəbin direktoru İlahə Həsənlinin qəbulunda olmuşam. Direktor bununla əlaqədar Təhsil Nazirliyinə ünvanladığı müraciətin cavablandırılmasını gözlədiyini bildirir. ​Müəyyən şəxslər isə inklüziv təhsil layihənin Təhsil Nazirliyi tərəfindən ləğv edilməsi barədə məntiqsiz və hüquqi əsası olmayan məntiqsiz  fikirlər səsləndirir. Bir daha qeyd edirəm ki, “inklüziv təhsil haqqında” qanun Azərbaycan Respublikasının keçmiş Prezidenti, mərhum Ümummili Liderimiz Heydər Əliyev Cənabları tərəfindən imzalanıb. Sonradan bu layihənin ölkənin hər yerində tətbiq edilməsi etdirilməsinə dair  Möhtərəm İlham Əliyev Cənabları tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında  AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI ilə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı
FƏALİYYƏT PLANlarında inklüziv təhsilə geniş önəm verilərək, bi layihənin inkişaf etdirilməsi üçün Dövlət Büdcəsindən maliyyə vəasaiti də ayrılır.
Bundan əlavə “Heydər Əliyev Fondu”nun Prezidenti, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti çox Hörmətli Mehriban Xanım Əliyeva da bu layihənin ölkəmizdə tətbiq edilməsinə Öz töhvəsini verməkdədir.
​Maliyyə nazirliyi, Ədliyyə nazirliyi, Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi Prezident Sərəncamının icrası ilə bağlı üzərlərinə düşən öhdəlikləri yerinə yetirməklə inklüziv təhsilin inkişafına öz töhfələrini verirlər.
Təhsil Nazirliyi, UNİCEF və Heydər Əliyev Fondu tərəfindən inklüziv təhsil haqqında dövlət proqramı layihəsi hazırlanıb.
Sağlamlıq imkanları məhdud şəxslərin inteqrasiyalı təhsilini təmin etməklə cəmiyyətdə onların bərabərhüquqlu inkişafınının təmin edilməsi üçün dövlət səviyyəsində genişmiqyaslı tədbirlər görülür.
​Təhsil naziri Emin Əmrullayev "İnklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi barədə” əmr imzalayıb. Əmrə əsasən, "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində Bakı şəhəri 39, 84, 265, 300, Gəncə şəhəri 8, Sumqayıt şəhəri 25, Xaçmaz şəhəri 6, Ağcabədi şəhəri 5, Qəbələ şəhəri 3 nömrəli tam orta məktəblərdə və Xırdalan şəhəri 3 nömrəli məktəb-liseydə inklüziv siniflər təşkil ediləcək.
2015-ci ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, qanunvericilik səviyyəsində islahatlar aparılır və müəllim hazırlığı üzrə proqramlar yenilənir.
Dövlət Başçısı inklüziv layihənin inkişaf etdirilməsi üçün büdcədən bu layihəyə maliyyə vəsaitinin ayrılması üçün Sərəncamlar imzalayır, həmçinin bu layihəyə Dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması barədə Sərəncam imzalayır, habelə bu layihə “təhsilin inkişafı üzrə Dövlət Strategiyası”Proqramına daxil edilir. Təhsil Nazirliyində bu layihəni bağlamaq xülyasına  düşən bəzi özbaşına məmurlar bu cəsarəti kimdən alırlar ?!
Problemlə bağlı Abşeron-Xızı Regional Təhsil idarəsininmüdiri İlhamə Abdullayevaya müraciət etməyimə baxmayraq bu günə kimi heç bir tədbir görülməyib.
​Onu da qeyd etmək istəyirəm ki, inklüziv təhsil layihəsi üzrə pilot məktəb olaraq Sumqayıt şəhər 11 №-li tam orta məktəbə məndən savayı tərbiyəçi-müəllim köməkçisi kimi işə qəbul edilənlərin hamısı  müəllim vəzifəsinə keçirilib.  Cənab Prezidentin Sərəncamı ilə pilot layihə kimi Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə yaradılan inklüziv təhsil sistemindən əsər-əlamət qalmayıb. Özüm bir yana xüsusi qayğıya ehtiyacı olan uşaqların talehinə bu qədər biganə yanaşmaq olarmı ?
Azərbaycan Respublikasının vətəndaşı olaraq mən Prezidentimə, Onun ədalətinə və Dəmir Yumruğuna güvənərək Sizdən xahiş edirəm sosial məzuniyyətimin bitdiyini nəzərə alaraq ədalətsizliyə son qoyaraq, Sumqayıt şəhər 11 saylı orta məktəbdə inklüziv təhsilin bərpası və tərbiyəçi-müəllim köməkçisi kimi vəzifəmə davam etməyim üçün məndən Öz köməyinizi əsirgəməyəsiniz.
​Əvvəlcədən Sizə minnətdarlıq edirəm.
 
Hörmətlə,​ Mirzəməmmədova Sevinc Qurban qızı
​14 sentyabr 2022-ci il
Ünvan ; Sumqayıt ş., 9-cu mk/rn, ev-76, m.-42
 Tel. 055 376-80-50

Şərhlər

XƏBƏR LENTİ