Siyəzəndəki Mərkəzi Xəstəxana niyə keçmiş hərbçi ilə şəhid qardaşı arasında “razborka” məkanına çevrilib? - VİDEO
Siyəzən rayonundan olan şəhid qardaşı Şirinov Tərlan Fərhad oğlu ilə, həmin rayonun sakini keçmiş hərbçi zabit Tağıyev Tural arasında yaşanan qalmaqal uzun müddətdir ki, öz həllini tapmır. Qeyd edək ki, Tağıyev Tural ordudan tərxis olunandan sonra Siyəzən rayon Mərkəzi Xəstəxanasında ictimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi kimi fəaliyyətini davam etdirib.
Foto: Şirinov Tərlan
Şirinov Tərlan iddia edir ki, o, xəstəxanaya müraciət edən zamam yaranan mübahisə zəmnində Tağıyev Tural tərəfindən döyülüb və bunun nəticəsində ona ciddi bədən xəsarəti dəyib. Şikayətçi deyir ki, bu yöndə etdiyi şikayətlər lazımınca araşdırılmır.
Tağıyev Tural isə Azinforum.az-a açıqlamasında bildirdi ki, Şirinov Tərlan və onun ailəsi ilə şəxsi arasında uzun müddətə təsadüf edən qarşıdurma var. Keçmiş hərbçi deyir ki, buna görə də Şirinovlar ailəsi qisas almaq üçün, onun ünvanına şər atır.
Foto : Tağıyev Tural
Sözügedən xəstəxananın baş həkimi Dadaş Hümbətov isə Azinforum.az-a açıqlamasında bildirdi ki, Tağıyev Tural adlı adam artıq onun rəhbərlik etdiyi tibb ocağında işləmir.
Foto: Dadaş Hümbətov
Azinforum.az Siyəzəndə baş verən bu kuryoz hadisəni ətraflı araşdırıb. Həmin videoreportajı təqdim edirik:
XalqXeber.Az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...